IQNA

Sən`a-nın Cümə namazı xətibi İQNA ilə müsahibəsində dedi:
8:12 - December 07, 2017
Xəbər sayı: 3482480
Şeyx Yəhya ibn Hüseyn Deyləmi Sən`a şəhərində baş verən son silahlı qarşıdurmalara işarə edərək dedi: Bu hadisələr Yəməni yeni bir tarixi mərhələnin başlanğıcında qərar verdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmən üç ilə yaxındır ki, terrorist Səudiyyə Ərəbistanının koalisiyası tərəfindən vəhşicəsinə hücuma məruz qalıb. Amma son günlərdə Yəmən yeni bir tarixi mərhələyə qədəm qoydu. Belə ki, paytax Sən`ada keçən həftənin 3-cü günündən başlayan silahlı toqquşmalarda Yəmənin xalq konqresi partiyasının rəisi Əli Abdullah Saleh və onun yaxınları Ənsarullah qüvvələri tərəfindən öldürüldü. Bunun ardınca isə Sənada vəziyyət nisbətən sakitləşdi və Yəmən xalqı Ənsarullaha dəstək aksiyası keçirtdi. Əlbəttə Səudiyyə koalisiyası öz fiqurunu itirdikdən sonra hava hücumlarını da gücləndirib.

İQNA bu məsələ ilə bağlı Yəmənin paytaxtı Sən`anın Cümə namazı xətibi Şeyx Yəhya ibn Hüseynlə söhbət edib və məsələlərini necə təhlil etdiyini öyrənib.

Yəmənin paytaxtı Sən`anın Cümə namazı xətibi və Zeydi məzhəbinin alimlərindən biri Şeyx Yəhya ibn Hüseyn İQNA ilə müsahibsində Sən`a şəhərində baş verən son silahlı qarşıdurmalara və Yəmənin xalq konqresinin rəisi Əli Abdullah Saleh və onun yaxınlarının öldürülməsinə işarə edərək dedi: Silahlı toqquşmalar Sənanın vəziyyətini gərginləşdirdi. Amma hazırda şəhər sakitdir və xalq da Ənsarullahın kənarında təcavüzkarlara qarşı döyüşməyə qərarlıdırlar.

Şeyx Yəhya vurğuladı: Bu hadisələr Yəməni yeni bir tarixi mərhələnin başlanğıcında və keçidində qərar verdi.

O əlavə etdi: Yəmənin durumu hazırda çox çətindir və çətin bir mərhələni keçmək üzərədir. Və bu hadisələrdən sonrakı mərhələlər daha da çətin olacağı ehtimal edilir. Çünki işğalçılar öz pis niyyətlərini həyata keçirmək istəyirlər və Yəmən xalqını öz siyasət, məzhəb və mədəniyyətlərinə tabe etmək fikrindədirlər. Amma Yəmən xalqı azad və təhlükəsiz yaşamağı tərcih edir və bunun üçün candan keçməyə hazırdır. Xalq öz hədəflərinə çatmaq üçün qərarlıdır və bu mühasirəni müqavimət ilə qıracaqdır. Və mən dünya məzlumlarını və zəiflərini himayə edənlərdən istəyirəm ki, Yəmən xalqının yanında olsunlar və xalq ilə həmkarlıq etsinlər.

Deyləmi beynəlxalq təşkilatların Yəmən və Bəhryen xalqının hüquqlarının tapdanılmasına laqeydcəsinə tamaşa edən beynəlxalq təşkilatlara işarə edərək vurğuladı: Bizim onsuz da insan haqları və humanitar təşkilatlar adı ilə fəaliyyət göstərən heç bir qrumdan heç bir gözləntimiz yoxdur. Çünki bilirik ki, bu təşkilatların əsas hədəfi dövlətlərin sirri məlumatlarını müxtəlif bəhanələr ilə toplamq və casusluqdur. Və onlar heç bir insani vəzifəyə əməl etmirlər. Buna görə də mən onlardan deyil, İslam ölkələri və müsəlman xalqlarından məzlum Yəmən xalqını himayət etmələrini istəyirəm.

Cümə namazı xətibi dedi: Hazırda Yəmən həftərəfli, siyasi, iqtisadi, mədəni, məzhəbi və diplomatik hücuma məruz qalıb. Yəmən xarici ölkələr ilə diplomatik əlaqə yarada bilmir, çünki "insan haqlarını qoruyan təşkilatlar" heç bir ölkəyə Yəməndə səfirlik açmaq icazəsi vermir.

http://iqna.ir/fa/news/3670266

کشته‌شدن صالح، یمن را در پیچ تاریخی جدید قرار داد

 

Teqlər: İQNA ، Yəmən ، Səna ، Ənsarullah
Ad:
E-poçt:
* Comment:
* captcha: