IQNA

8:39 - December 07, 2017
Xəbər sayı: 3482481
ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimi İsrailin paytaxı elan etməsi beynəlxalq və regional əks reaksiyalar ilə qarşılanıb.

 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimi İsrailin paytaxı elan etməsi beynəlxalq və regional əks reaksiyalar ilə qarşılanıb. Bundan əlavə bu gün, həftənin Cüməaxşamı günü, Fələstinin bütün şəhərlərində bu qərara qarşı etiraz aksiyası keçiriləcəkdir.

Mahmuhd Abbas (Fələstinin xudmuxtar təşkilatının rəisi) elan etdi: Amerikanın qərarını rədd edirik. Qüds Fələstinin paytaxtıdır. Qüds Ərəb şəhəridir və belə də qalacaq və heç vaxt dəyişməyəcəkdir.

Türkiyənin xarici işlər naziri dedi: Amerika dövləti Qüds ilə bağlı  bu yanlış və səhv qərarını yenidən yoxlasın və məsuliyyətsiz addım atmaqdan çəkinsin.

Misirin xarici işlər nazirliyi də Donald Trampın işğalda olan Qüdsü sionist rejimi İsrailin paytaxtı kimi rəsmiləşdirilməsini barədə qərarını məhkum etdi.

İran İslam Respublikasının xarici işlər naziri Amerikanın öz səfirliyini Tel-Avivdən Qüdsə köçürməsi və Qüdsü İsrailin paytax elan etməsini kəskin şəkildə məhkum etdi və bunu aşkar şəkildə beynəlxalq qanunların tapdalanması hesab etdi.

Fransanın prezidenti Trampın Qüdsü paytax elan etməsi barədə dedi: Trampın birtərəfli qərarı peşmançılığa səbəb olacaqdır və Fransa bu məsələni dəstəkləmir.

Suriyanın prezident aparatı bu məsələni məhkum edərək dedi: Qüds şəhəri müstəqil Fələstin dövlətinin paytaxtıdır. Heç bir dövlət və prezident Qüdsün taleyi barədə qərar verə bilməz. Qüdsün taleyini fələstinlilərin möhkəm iradəsi, müqaviməti və vəfadarlığı həll edəcəkdir.

Bu gün, Cüməaxşamı günü, 7 dekabr 2017-ci il, Livan HİZBULLAH hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bu məsələ ilə bağlı çıxış edəcəkdir.

BMT-nin baş katibi Trampın Qüds barədə qərarından narahat olduğunu bildirərək deyib ki, bu məsələ Orta Şərqdə sülhün bərqərar olmasına mənfi təsir qoyacaqdır.

http://iqna.ir/fa/news/3670364

Teqlər: İQNA ، Qüds ، Fələstin
Ad:
E-poçt:
* Comment:
* captcha: