IQNA

22:22 - December 10, 2017
Xəbər sayı: 3482490
İİR-nın “Ba Qodsiyane Aləm” irfani musiqi qrupu Rusiya müsəlmanlarının Dekabr ayının 10-dan 14-dək keçiriləcək dini-mədəni festivalında iştirak etmək üçün bu ölkəyə ezam edilib.

İran Rusiya müsəlmanlarının dini festivalında iştirak edicəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İİR-nın “Ba Qodsiyane Aləm” (yaradılışın müqəddəsləri ilə) irfani musiqi qrupu Rusiya müsəlmanlarının Dekabr ayının 10-dan 14-dək keçiriləcək dini-mədəni festivalında iştirak etmək üçün bu ölkəyə ezam edilib.

İran İslam Respublikasının Kürdüstan əyalətinin “Ba Qodsiyane Aləm” (yaradılışın müqəddəsləri ilə) irfani musiqi qrupu İranın Rusiyadakı Mədəniyyət İşləri İdarəsinin təşəbbüsü və İranlıların Mədəni Həmkarlıqları İdaərsinin həmkarlığı ilə Rusiyanın müsəlman respublikalarının Moskvada keçiriləcək dini-mədəni festivalında iştirak edəcəklər.  

Kürdüstan əyalətinin “Ba Qodsiyane Aləm” (yaradılışın müqəddəsləri ilə) irfani musiqi qrupu Rusiyanın müsəlman rəhbərlərinin iştirakı ilə keçiriləcək bu dini-mədəni festivalda irfani və milli musiqilər icra edəcəklər.

Bu festivalda İranın Kürdüstan əyalətinin musiqi incəsənətində məşhur çöhrələri Peyman Səlimfərd və və Pəyam Əzizinin ifa və icrası ilə irfani, “xanqahi” (sufi məclisi), irani, Kürd xalq musiqisi, Kürd Havrami musiqisi, Sənəndəc və Lilax musiqisi, Badini, Kermanci, Səqz, Mükriyan və digər musiqilər icra ediləcəkdir.  

http://iqna.ir/fa/news/3670946

Ad:
E-poçt:
* Comment:
* captcha: