IQNA

9:22 - December 16, 2017
Xəbər sayı: 3482512
İraq Xalq Könüllüləri silahlı qüvvələri İŞİD təkfirçi-terrorçu nüsürlərinin İraq və Suriya sərhədlərinə tərəf başladığı geniş hücumunun qarşısını aldı.

İŞİD-in Suriya və İraq sərhədlərinə hücumunun qarşısı alındıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq Xalq Könüllüləri silahlı qüvvələri İŞİD təkfirçi-terrorçu nüsürlərinin İraq və Suriya sərhədlərinə tərəf başladığı geniş hücumunun qarşısını aldı.

“Həşduş-Şaabi” (İraq xalq könüllüləri silahlı qüvvələri) bəyaniyyə yayaraq bildirib ki, İŞİD təkfirçi- terrorist ünsürlərinin qalıqları İraq və Suriya sərhədlərinə genişmiqyaslı hücum etmək istəyirdilər ki, “Həşduş-Şaabi”nin birinci taborunun çevikliyi nəticəsində qarşısı alındı.  

Xatırladaq ki, Dekabr ayının 9-da İraq təhlükəsizlik qüvvələri və silahlı qoşunları “Həşduş-Şabi”nin həmkarılığı ilə İraqın qərb rayonlarını tamamilə İŞİD terroristlərindən təmizlədilər. Hazırda isə İŞİD terrorçularının qalıqları Suriyanın ucqar kəndlərində və səhralarda gizləniblər və çalışırlar ki, bu cür aldadıcı hücumlar ilə Suriya və İraq sərhədlərini qarışdırsınlar və hələ də buraların təhlükəli olduğunu göstərsinlər.

Heydər əl-İbadi (İraqın baş naziri) də bundan öncə İraqın İŞİD təkfirçi- terrorçu ünsürlərdən təmizləndiyini elan etmişdi. Və bunun əlaqədar Sədr hərəkatına bağlı “Sülh” silahlı taboru və bəzi Xalq Könüllüləri Silahlı Qrupları öz silahlarını dövlətə təhvil vermək qərarında idilər.

http://iqna.ir/fa/news/3672920   

 

 

Teqlər: İQNA ، İŞİD ، Suriya ، İraq
Ad:
E-poçt:
* Comment:
* captcha: