IQNA

İSESCO-nun baş direktoru:
9:10 - December 24, 2017
Xəbər sayı: 3482547
İSESCO-nun baş direktoru İslam dünyasında savadsızlığın çoxalması və genişlənməsini elan edərək İslami ölkələrdə təhsil keyfiyyətinin yüksəldilməsinin zəruri olduğunu vurğuladı.

İslam dünyası savadsızlığın genişlənməsi təhlükəsi ilə üz-üzədirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “en.apa.az” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İSESCO-nun (İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatı) baş direktoru İslam dünyasında savadsızlığın çoxalması və genişlənməsini elan edərək İslami ölkələrdə təhsil keyfiyyətinin yüksəldilməsinin zəruri olduğunu vurğuladı.

Osman Tüvəyciri - İSESCO-nun (İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatı) baş direktoru, cari həftənin Cümə günü, 22 Dekabr 2017-ci il, Azərbaycanın paytaxtı Bakında dövlət universitetinə (BDU) baxış keçirdiyi zaman bu xəbər elan edərək dedi: Bəzi İslami ölkələrin cəmiyyətinin 45%-ə qədəri savadsızdırlar.

İslam dünyası savadsızlığın genişlənməsi təhlükəsi ilə üz-üzədir

İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktoru əlavə vurğuladı: Bu cür müsəlman ölkələri belə bir savad göstəricisi ilə heç vaxt inkişaf edə bilməzlər. Buna görə biz İslami ölkələrdə savadsızlığın kökünü qazmaq üçün gərək davamlı çalışaq.

İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) müsəlman ölkələrin elm, mədəniyyət və təhsil problemləri ilə maraqlanan bir təşkilatdır ki, İƏT-in (İslami Əməkdaşlıq Təşkilatı) nəzdində fəaliyyət göstərir. Bu təşkilat 1979-cu ildə təsis edilmişdir. Əsas qərargahı Mərakeşin Ribat şəhərindədir. Təşkilatda 57 müsəlman ölkəsi, o cümlədən İran və Azərbaycan dövlətləri üzvdür.

http://iqna.ir/fa/news/3675371/   

 

Teqlər: İQNA ، İSESCO ، Bakı ، İran ، Azərbaycan
Ad:
E-poçt:
* Comment:
* captcha: