IQNA

8:36 - December 27, 2017
Xəbər sayı: 3482562
İngiltərənin paytaxtı Londonda yaşayan iranlı tələbələrin “İslami Birlik” dərnəyi milad bayramı üçün Quran ayələri ilə bəzədilmiş təbrik kartları hazırlayıb və şəhər səthində paylayıblar.

Londonda milad bayramı üçün təbrik kartlarını Quran ayələri bəzədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin paytaxtı Londonda yaşayan iranlı tələbələrin “İslami Birlik” dərnəyi xristianların milad bayramı üçün Quran ayələri ilə bəzədilmiş təbrik kartları hazırlayıb və şəhər səthində paylayıblar.

Londonda yaşayan İranlı tələbələr Həzrət İsa Məsihin (ə) mövlud günü münasibəti ilə və yeni miladi ilinin astanasında “yeni il təbrik kartları”na Quran ayələrini ehtiva edən mesajlar yazaraq məsihi və xristianlar arasında paylayıblar və fəaliyyət mərkəzlərinə yaxın olan qonşularına, o cümlədən “London Tövhid Mərkəzi”nə hədiyyə ediblər.

London “Tövhid Mərkəzi”nin binası şəhərin “Hemrasmit” rayonunda yerləşir. Bu rayonda əsasən qeyri- müsəlmanlar yaşayırlar.  

Bu təbrik kartlarında yazılan Quran ayələrində Həzrət Məryəmin oğlu İsa Məsihdən (ə) danışılır.  

Londunun “Tövhid Mərkəzi” xristian qonşuları İslam dini ilə yaxından tanış etmək üçün həmin regionda olan yeganə fürsətdir. Buna görə də bu bayram təbriki karltarı “Tövhid Mərkəzi”ni məsihi qonşularına tanıtmaq üçün gözəl şərait yaratmış oldu və müsəlman tələbələr bu fürsəti dəyərləndirdilər.

Tələbələrin bu addımı təkcə Tövhid mərkəzini xristian qonşulara tanıtmaq üçün deyil, həm də müsəlmanların bu günün “islamofob” şəraitində əslində sülhsevər olduqlarını göstərmək üçün də bir fürsət idi və xristianlar da bu addımı gözəl qarşılayıblar.     

http://iqna.ir/fa/news/3676567

آیات قرآن؛ زینت‌بخش کارت تبریک‌‌های کریسمس در لندن+عکس

آیات قرآن؛ زینت‌بخش کارت تبریک‌‌های کریسمس در لندن+عکس

آیات قرآن؛ زینت‌بخش کارت تبریک‌‌های کریسمس در لندن+عکس

آیات قرآن؛ زینت‌بخش کارت تبریک‌‌های کریسمس در لندن+عکس

 

Teqlər: İQNA ، Quran ، milad ، məsih ، xristian ، yolka
Ad:
E-poçt:
* Comment:
* captcha: