İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın Nəcəf şəhərində yerləşən İmam Əli (ə) ziyarətgahının informasiya bürosuna istinadla verdiyi xəbərə görə, Nəcəf- Əşrəf ali dini elmlər hövzəsində xarici tələbələr üçün ixtisaslaşdırılmış Quran elmləri kursları keçirilir.
Bu kurslarda tələbələrə Quranın səhih tilavət və qiraəti, qiraətin hökmləri, Quran sözlərinin hecası, Quran maarifinin hövzəvi dərsləri və Quranla bağlı digər elmlər öyrədiləcəkdir.
İmam Əli (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən “İmam Əli (ə) Quran Araşdırmaları Mərkəzi”nin təşəbbüsü ilə “əs-Səfir” adı altında keçirilən bu təlim kursları mübarək Ramazan ayınadək davam edəcəkdir.
“İmam Əli (ə) Quran Araşdırmaları Mərkəzi”nin direktoru Şeyx Məhəmməd Fəxruddin bu barədə dedi: Bu kurslarda Pakistan, Əfqanistan, Azərbaycan, Türkiyə, Afrika ölkələri və digər ölkələrdən olan tələbələr iştirak edirlər. Təlim kursları bitdikdən sonra iştirak edənlərə Quran Elmləri sertifkatı veriləcəkdir.
Qeyd edək ki, “İmam Əli (ə) Quran Araşdırmaları Mərkəzi” davamlı olaraq Qurani-Kərim, Nəhcül-Bəlağə və Səhifətus-Səccadiyyə barədə maarifləndirici kurslar təşkil edirlər.
http://iqna.ir/fa/news/3696001