İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) cambridgeislamiccollege.org xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İngiltərənin universitetlər şəhəri olan Kembric şəhərinin İslam kollecində Həzrət Məhəmməd peyğəmbərin (s) həyat yolu və sirəsi barədə “sanki onunla olduğunuz peyğəmbər” adlı altı aylıq təlim kursu keçiriləcəkdir.
Bəşər tarixinin ilk günündən dünyaya milyonlar insan gəlmiş və getmişdir. Amma onların arasında dünyanın axarına və bəşər mədəniyyətinə müsbət təsir qoyan və dünya tarixinə daimi iz salan çox az sayda alim, mütəfəkkir, filosof, ixtiraçı, iqtisadçı, siyasi rəhbər, yazıçı və s... olmuşdur. Bunların da arasında bir sıra insanların təsiri zaman və məkan fövqündə olmuşdur. Ölümlərindən sonra belə insan həyatına və bəşər sivlizasiyasına təsirə malikdirlər. Onlar həmin ilahi peyğəmbərlərdirlər: Adəm, Nuh, İsa, İbrahim, Musa, Yəqub, Yusif, Məhəmməd. Bunların arasında isə ən güclü təsirə malik olanı İslam dinini bəşəriyyətə təqdim edən Həzrət Məhəmməddir. Bizim çoxumuz onu İslam peyğəmbəri olaraq qəbul etsək də, onun həyatı haqqında çox az bilgi əldə etmişik.
Kembric İslam kolleci öz növündə analoqsuz bir addım ataraq “sanki onunla olduğunuz peyğəmbər” devizi ilə altı aylıq kurs təşkil etmişdir. Bu kursda tələbələr İslam peyğəmbərinin həyatını yaxından və ətraflı öyrənəcəklər.
Bu kurslar cari ilin Yanvar ayının 24-dən başlamışdır və İyul ayının 14-dək davam edəcəkdir.
http://iqna.ir/fa/news/3696550