İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-kəfil” peyk kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, cari ilin Mart ayının sonlarında Hindistanın şimalında yerləşən Kargil şəhərində İraqın müqəddəs ziyarətgahlarının beynəlxalq qarilərin iştirakı ilə İmam Əli (ə) adına 6-cı beynəlxalq “Əmirul-Möminin dini-mədəni festivalı” keçiriləcəkdir.
Bu festivalda İraqın müqəddəs ziyarətgahlarının beynəlxalq qarilərin iştirakı ilə Qurani-Kərimlə üns məclisləri təşkil ediləcəkdir.
Hindistanın “Əmirul-Möminin dini-mədəni festivalı” Kərbəlada Həzrət Əbulfəzl Abbas (ə) hərəminin təşəbbüsü ilə Rəcəb ayının 13-dən 18-dək, İmam Əlinin (ə) mövlud günləri ilə eyni zamanda “Əmirul-Möminin, ibadət edənlərin ilki və zahidlərin zahdi” devizi ilə keçiriləcək.
Kərbəlada Həzrət Əbulfəzl Abbas (ə) hərəminin beynəlxalq mədəni fəaliyyətlər və festivalın keçirilməsi komitəsi bu mərasimdə İmam Əlinin (ə), İmam Hüseynin (ə) və İmam Kazimin (ə) ziyarətgahlarının idarə heyətlərinin də iştirak etdiyini bildirib.
Bu mərasim Əhli-Beytin (ə) və xüsusi ilə də İmam Əlinin (ə) həyat və şəxsiyyətinin tanıdılması hədəfi ilə keçirilir. Hər il keçirilən bu festival keçən il də Hindistanın Kəlkətə şəhərində keçirilmişdi.
Festivalın haşiyəsində kitab sərgisi, Quranla üns məclisləri, hüseyniyyə, məscid və yetim evlərinin ziyarəti və görkəmli şəxslərlə görüş proqramları da vardır.
http://iqna.ir/fa/news/3697299