İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-misriyyun” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Myanmarın qərbində yerləşən və müsəlmanlara aid olan Raxin əyalətində bir məscid müsəlmanlar tərəfindən təmir edildikdən sonra dövlət məmurları tərəfindən dağıdıldı.
Raxin əyalətinin “Mambiya” şəhərinin “Sambili” kəndində yerləşən bu məscid cari həftənin Cüməaxşamı günü Myanma dövlətinin təhlükəsizlik qüvvələrinin iştirakı ilə dağıdıldı.
Bu məscid 2012-ci ildə müsəlmanlar əleyhinə baş verən cinayətlər zamanı yandırılmışdı. Son illərdə isə məscidi müsəlmanlar yenidən tikərək təmir işlərini başa çatdırmışdılar ki, iki gün öncə dövlət məmurları tərəfindən dağıdılıb.
Raxin əyalətində yaşayan müsəlmanların özləri, əmlakları və dini məkanları neçə illərdir ki, Myanma dövlətinin məmurları və radikal buddistlər tərəfindən təcavüzə məruz qalmışdır və bu zorakılıq indi də davam edir. Bu təcavüzkar hücumlar keçən ilin Sentyabr ayından kəskinləşib və vəhşiləşib.
Əksəriyyəti buddist olan Myanmar dövləti çox az sayda olan müsəlman azlıqları dövlətləri və buddist dini üçün təhlükəli hesab edirlər.
BMT-nin hesabatına görə isə indiyədək bu hadisələrdə 9 min nəfər myanmarlı müsəlman qətliam edilib və 100 minlərlə insan öz evini tərk edərək Banqladeşə qaçmışdır.