IQNA

Buddistlər Şri- Lankada məscidlərə hücum ediblər – Foto

11:56 - March 27, 2018
Xəbər sayı: 3482956
Şri- Lankada radikal buddistlərin bir qrupu məscidlərdən birinə hücum edərək məscidə külli miqdarda xəsarət vurublar.

Buddistlər Şri- Lanka məscidlərə hücum ediblər – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şri- Lankada radikal buddistlərin bir qrupu məscidlərdən birinə hücum edərək məscidə külli miqdarda xəsarət vurublar.

Şri- Lanka polisi bu xəbəri elan edərək dedi: Diqana regionunda irqçilik zəminində çəkişmələr kəskinləşdikdən sonra bir qrup radikal buddist bu əyalətin bir məscidinə hücum edib və məscidə xəsarət yetiriblər. Buddistlərlə müsəlmanlar arasında baş verən çəkişmədə bir neçə nəfər yaralanıblar və regiona polis qüvvələri ezam olublar.

Buddislər iddia edirlər ki, müsəlmanlar buddistləri İslam dinini qəbul etməyə vadar edir və buddistlərin tarixi məkanlarını dağıdırlar.

Qeyd edək ki, Kendi şəhərinin Sinhallı buddistləri bir neçə müddətdir ki, gecələr müsəlmanların məscidlərinə və iş yerlərinə hücum edirlər. Onlar indiyədək müsəlmanların 200 yaşayış mənzilini və 11 məscidini dağıdıblar.  

http://iqna.ir/fa/news/3701944

حمله بودایی‌ها به مسجدی در سریلانکا

حمله بودایی‌ها به مسجدی در سریلانکا

حمله بودایی‌ها به مسجدی در سریلانکا

Teqlər: iqna ، buddist ، şri-lanka
captcha