IQNA

Dubayda xanımların 3-cü beynəlxalq Quran yarışları keçiriləcək

11:40 - July 01, 2018
Xəbər sayı: 3483401
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərində müsəlman qadınlar arasında "Şeyxə Fatimə bint Mübarək adına Dubay mükafatı 3-cü beynəlxalq Qurani-Kərim yarışları" keçiriləcək.

Dubayda xanımların 3-cü beynəlxalq Quran yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərində müsəlman qadınlar arasında "Şeyxə Fatimə bint Mübarək adına Dubay mükafatı 3-cü beynəlxalq Qurani-Kərim yarışları" keçiriləcək.

"Dubay Mükafatı Beynəlxalq Quran Müəssisəsi"nin Dubay valisinin dini və mədəni işlər üzrə müşaviri İbrahim Məhəmməd Buhelməyə istinadla verdiyi məlumatda deyilir ki, BƏƏ bu məqsədlə dünyanın 106 ölkəsinə məktub göndərərək müsəlman xanımları bu yarışlarda iştirak etmək üçün dəvət edib.

Dubay şəhərində müsəlman qadınlar arasında "Şeyxə Fatimə bint Mübarək adına Dubay mükafatı 3-cü beynəlxalq Qurani-Kərim yarışları"nın cari ilin Noyabr ayının 6-dan 19-dək keçiriləcəyi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu yarışların birinci turunda dünyanın 72 ölkəsindən və ikinci turunda isə 76 ölkədən müsəlman xanımlar iştirak etmişdilər.

http://iqna.ir/fa/news/3726661

captcha