IQNA

8:37 - July 07, 2018
Xəbər sayı: 3483427
"Hans Gerog Bürger" almanlara şiəliyi tanıtdırmaq üçün açdığı fotosərgiyə görə, "Almaniya federal respublikasının birinci dərəcəli ləyaqət və şərəf medalı"na layiq görüldü.

Şiəliyi tanıdan Almaniyalı fotoqraf – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, almaniyalı fotoqraf "Hans Gerog Bürger" (Hans-Georg Bürger) almanlara şiəliyi tanıtdırmaq üçün açdığı fotosərgiyə görə, "Almaniya federal respublikasının birinci dərəcəli ləyaqət və şərəf medalı"na (Verdienstorden der Bundesrepublik Deutschland) layiq görüldü.

İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsinin İQNA-ya verdiyi məlumata əsasən, bu medalı Hansa bu sahədə göstərdiyi fəaliyyətlərinə görə, Almaniyanın Xarici İşlər Nazirliyinin baş direktoru hədiyyə edib.

Bu məlumata görö, Berlində keçirilən "Mükaşifə və tamaşa sərgisi; şiəlik dünyasının dərinliyinə səfər" adlı altı aylıq sərgisi gələn 20 gün ərzində öz işini yekunlaşdırır.

Şiəliyi tanıtdırmaq üçün təşkil edilən bu sərgi İran İslam Respublikasının xaricdə yaşayan iranlıların işi üzrə idarə, İslami əlaqələr və mədəniyyət təşkilatının mədəniyyət və incəsənət əməkdaşlıq idarəsi, İran və Almaniyanın xarici işlər nazirlikləri, UNESCO-nun Almaniya və İrandakı milli komissiyası, İsfahan şəhərinin meriyası, Tehranın Gülüstan sarayı, Qum Elmi Dini Hövzəsinin İslami Təbliğat Təşkilatı, Məşhəd şəhər Rizvan qalareyası tərəfindən əvvəlcə Məşhəd, Qum, Tehran və İsfahanda, sonra isə Berlində keçirildi.

İndiyədək həmin sərgi çərçivəsində Almaniyada beş və İranda dörd ixtisaslaşdırılmış toplantı keçirilmişdir. Bu müddətdə Hansın iranlılar və şiəlik mövzusundakı fotorəsgisini dörd mindən çox insan ziyarət edib.

Almaniyalı fotoqraf "Hans Gerog Bürger" (Hans-Georg Bürger) almanlara şiəliyi tanıtdırmaq üçün açdığı yeni pəncərə və üfüqə görə ki, bu üfüqdə almanlara şiələrin müqəddəs məkanları, tarixi və mədərsələri və onların İslam dünyası mədəniyyətinin özəyi olmasını göstərdi, təqdir və təşəkkür olunaraq, xüsusi mərasimdə təlitif edildi.

Qeyd edək ki, Hans Almaniya və Amerikada müqayisəvi dini elmlər və teatr ixtisası üzrə təhsil almış və dini öz fotolarının əsas sujeti olaraq seçmişdir. O, 1988-ci ildən dünyanın müxtəlif yerlərində dinlər mövzusunda fotorqraflıqla məşğuldur. O, dünya foroqraflar biliyinin elan etdiyinə görə, dünyanın səkkinzinci ən yaxşı fotoqrafıdır.   

http://iqna.ir/fa/news/3727909

عکاس معرف تشیع؛ برنده نشان افتخار آلمان + تصویر

عکاس معرف تشیع؛ برنده نشان افتخار آلمان + تصویر

عکاس معرف تشیع؛ برنده نشان افتخار آلمان + تصویر

Ad:
E-poçt:
* Comment:
* captcha: