IQNA

10:25 - July 12, 2018
Xəbər sayı: 3483453
2018-ci ilin ilk 6 ayı ərzində 177 fələstinli işğalçı İsrail əsgərləri tərəfindən  güllələnərək şəhid edilib.

Sionist İsrail əsgərləri 177 fələstinlini qətlə yetiribİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2018-ci ilin ilk 6 ayı ərzində 177 fələstinli işğalçı İsrail əsgərləri tərəfindən  güllələnərək şəhid edilib.

Fələstin Azadlıq Təşkilatının  Araşdırma və Sənədləşmə Mərkəzi tərəfindən nəşr olunan yeni hesabatda  bu müddət ərzində 20 min fələstinlinin yaralandığı bildirilir. 
İşğalçı rejim qüvvələri tərəfindən şəhid edilən 177 fələstinlidən 25-i İordan çayının Qərb sahilində, 152-i isə  Qəzza zolağında qətl edilib. a
İsrail əsgərlərinin 25 fələstinli uşağı qətlə yetirdiyini açıqlayan hesabat,  sionist rejim əsgərlərinin ilik ilk 6 ayı ərzində Qərbi Şəriyə,  Qüds və Qəzzada 3500 fələstinlini həbs etdiyi vurğulanır.  Bunlardan 647-si uşaq, 68-i sə qadındır. 
İsrail əsgərlərinin fələstinli uşaqları qəsdən öldürdüyü qeyd olunan hesabatda 21 uşağın Qəzza zolağında, 4-nün isə İordan çayının Qərb sahilində təşkil olunan hücumlar zamanı qətl edildiyi  bildirilir. /maide.az/ 
Teqlər: iqna ، fələstin ، sionist ، israil
Ad:
E-poçt:
* Comment:
* captcha: