IQNA

11:01 - July 12, 2018
Xəbər sayı: 3483456
Qırğızıstan prezidentinin yanında məzhəbi işlər komissiyası dini təşkilatların və dini azadlıq qanunu barədə islahat layihəsini məclisin ümumi sessiyasına çıxarmışdır.

Qırğızıstanın məzhəbi məkanları, məhdudiyyətlər və qadağalarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qırğızıstan prezidentinin yanında məzhəbi işlər komissiyası dini təşkilatların və dini azadlıq qanunu barədə islahat layihəsini məclisin ümumi sessiyasına çıxarmışdır.

Dini təşkilatlar və dini azadlıq qanununa əlavələr və islahatlar barədə təklif layihəsi ali qanunvericilik şurasının araşdırmasından sonra qəbul, ya rədd oluna bilər.

Qırğızıstan prezidentinin yanında məzhəbi işlər komissiyası dini qanunlara əlavələr və islahatlar barədə layihəsində dini təşkilatlar, məzhəbi fəaliyyətlər, dini mədrəsə və məktəblərin lisenziyası məsələləri, namazxanaların fəaliyyətinə nəzarət və qanuni yaşından aşağı olan şəxslərin valideyni olmadan dini məkanlarda iştirakı kimi məsələlər barədə yeni təklif və islahatlar yer almışdır.

Məzhəbi işlər komissiyasının dini qanunlara yenidən baxış və islahatlar layihəsinin yazılması üç il ərzində hazırlanıb. Bundan öncə də parlamentdə müzakirə edilsə də bəzi problemlərə görə, kənara qoyulub.

Dövlət dini komitəsinin rəisi Zayirbeg Ərgəşov bu qanun layihəsi barədə dedi: Hazırkı qanuna görə, evlərdə qurulan kiçik namazxana və kilsələrə fəaliyyət üçün icazə almaq lazım deyil. Buna görə də bu cür namazxana və dini məkanların sayı artıb və kontroldan çıxıb. Bu məkanlarda insanlara təlim verilən məsələlərə nəzarət etmək olmur. Yeni qanun layihəsinə əsasən bütün dini məkanlar nəzarətə götürüləcəkdir. Yeni qanun layihəsində 16 yaşından aşağı uşaqlara dini təbliğ etmək qadağandır. Bu qanun layihəsi radikalizmlə mübarizə və valideynlərin şikayətləri əsasında yazılmışdır.

O əlavə etdi: Ölkədəki dini mədrəsələrdə 8 mindən çox uşaq təhsil alır. Amma onların heç birinə dini postlarda iş verilmir. Çünki bu mədrəsələrin dövlət lisenziyası yoxdur və uşaqlara sənəd verə bilmirlər. Amma dövlətin nəzarəti altında və qanuni şəkildə fəaliyyət göstərsələr, dərslərə fizika, riyaziyat və s... kimi fənləri də əlavə etsələr, təhsil nazirliyindən onları işlə təmin edəcək sənəd əldə edə bilərlər.

Qeyd edək ki, yeni qanun layihəsində xaricdə dini təhsil almaq istəyən vətəndaşlar ilk öncə dövlətin dini mədrəsələrində ibtidayi dini təhsili başa vurmalıdırlar.

http://iqna.ir/fa/news/3729306

Ad:
E-poçt:
* Comment:
* captcha: