IQNA

10:44 - July 14, 2018
Xəbər sayı: 3483469
Misrli roman yazarı Naval Sədavinin Qurani-Kərimə qarşı etdiyi hörmətsizlik misrli sosial şəbəkə istifadəçilərinin kütləvi qınağına səbəb olub və bu ölkənin vətəndaşlarını narat edib.

Yazarın Quran əleyhinə çıxışı Misrliləri hiddətləndirdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrli roman yazarı Naval Sədavinin Qurani-Kərimə qarşı etdiyi hörmətsizlik misrli sosial şəbəkə istifadəçilərinin kütləvi qınağına səbəb olub və bu ölkənin vətəndaşlarını narat edib.

Yazıçı Naval Sədavi Misr televiziya şəbəkələrindən birinin vasitəsi ilə müsəlmanların və digər səmavi dinlərin müqəddəs kitabına qarşı təhqiramiz bir çıxışında deyib ki, İncil, Tövrat və Qurani-Kərimin bəzi ayələri cəmiyyətin ümumi məsləhəti və maraqları ilə uyğun deyil və buna görə də bu ayələrin həmin kitablardan silinsə və dəyişdirilsə, daha yaxşıdır.

Bu yazar iddia edib ki, heç bir dində sabit qaydalar yoxdur. Və dini dialoqda modernizm və modern islahatların mənası dinin sabit qayda və prinsiplərinin dəyişdirilməsidir.

Roman yazarının bu təhqiramiz çıxışı və xalqın kütləvi etirazə səbəb olub ki, Misrli bir vəkili ölkənin baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etsin. Müraciətdə Naval Sədavi dinlərə və davamçılarına qarşı təhqirə yol verməsi ittihamı ilə suçlanıb.

Qeyd edək ki, yazıçı Naval Sədavi bundan öncə İslami hicab barədə də yersiz və mübahisəli çıxışı ilə müsəlmanların və Misr vətəndaşlarının qəzəbinə düçar olmuşdu.  

http://iqna.ir/fa/news/3729540  

Ad:
E-poçt:
* Comment:
* captcha: