IQNA

13:37 - July 15, 2018
Xəbər sayı: 3483476
Mübarək Zilqədə ayının hər bazar günü tövbə günüdür və həmin günün özünəməxsus əməlləri vardır. Onlardan biri də hər bazar günü qılınan 4 rükət (2 ədəd iki rəkətli) müstəhəb namazdır.

Zilqədə ayının hər bazar gününə məxsus namazİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Zilqədə ayının hər bazar günü tövbə günüdür və həmin günün özünəməxsus əməlləri vardır.

Mərhum Mirzəcavad Aqa Məliki Təbrizi “Əl-muraqibat” kitabında Peyğəmbəri-Əkrəmdən (s) nəql edir ki, bir gün o həzrət öz səhabələrinə xitabən buyurdu:

“Sizin hansı biriniz tövbə etmək istəyir?” Səhabələr hamılıqla müsbət cavab verdikdə, o həzrət buyurdu: “Zilqədə ayının hər bazar günü qüsl etdikdən və dəstəmaz aldıqdan sonra 4 rükət (2 ədəd iki rəkətli) – hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas”, bir dəfə “Fələq” və “Nas” surələrini oxuyaraq namaz qılın. Namazdan sonra yetmiş dəfə istiğfar (tövbə) edib, istiğfarı “La həvla və la quvvətə illa billahil əliyyil əzim”lə sona yetirin.

Sonra bu zikr deyin:
يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ
 
Ya əzizu ya ğəffaru, iğfir li zunubi və zunubə cəmiil mu`¬mi¬ninə vəl mu`minat, fə¬innəhu la yəğfiruz-zunubə illa ənt – Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz.
 
(“Əl-muraqibat” kitabından iqtibas, Mirzəcavad Aqa Məliki Təbrizi.)
(maide.az)
Teqlər: iqna ، zil-qədə ، zil-hiccə ، hamaz ، əməl
Ad:
E-poçt:
* Comment:
* captcha: