IQNA

16:41 - July 23, 2018
Xəbər sayı: 3483516
Kəramət günlərində İmam Rzanın (ə) hərəmini dünyanın müxtəlif ölkələrindən olan 10 mindən çox əcnəbi zəvvar ziyarət edib.

Dünyanın 160 ölkəsindən zəvvarlar İmam Rzanın (ə) hərəmini ziyarət edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kəramət günlərində İmam Rzanın (ə) hərəmini dünyanın müxtəlif ölkələrindən olan 10 mindən çox əcnəbi  zəvvar ziyarət edib. 

Maide.Az  “news.razavi.ir” saytına istinadən xəbər verir ki, bunu İmam Rzanın (ə) hərəminin əcnəbi zəvvarlarla iş üzrə idarə rəisi  Seyid Məhəmmədcavad  Haşiminejad deyib. 
 
Zilqədə ayının 1-dən  ayın 11-ə (15-25 iyul 2018) qədər olan günlər Kəramət günləri adlanır. Xanım Məsumənin (ə) və İmam Rzanın (ə) mövlud günü arasında olan bu günlər fəzilətli günlər hesab olunur.
 
M.Haşiminejad deyib ki, əsasən Afrikanın şimal- qərb bögləsindən,  Avropa ölkələrindən o cmülədən Almaniya, Fransa, İsveçrə, Çin, Cənubi Koreya, ABŞ,  Azərbaycan, Türkiyə, Pakistan, Hindistan, Banqladeş, Suriya, Bəhreyn, Səudiyy Ərəbistan, İraq və Əfqanıstandan  zəvvarlar İmam Rzanın (ə) hərəmini  ziyarət edir. 
 
O deyib ki, əcnəbi zəvvarlar üçün  müxtəlif proqramlar icra olunur.  Azərbaycan,  İngilis, Ərəb və Urdu dillərində  hərəmin eyvanlarında  bayram şənlikləri təşkil olunur. 
 
Kəramət günləri çərçivəsində İmam Rzananın (ə) hərəmini ziyarət edən əcnəbi zəvvarlara gül hədiyyə olunur.  İmam Rzanın (ə) mövlud axşamı və günü hərəmi ziyarət etmiş əcnəbi zəvvarlardan adları  Rza və Məsumə olan şəxslərə püşkatma ilə hədiyyələr təqdim olunur.
 
O qeyd edib ki, il ərzində dünyanın 160 ölkəsindən  zəvvarlar İmam Rzanın (ə) hərəmini ziyarət edir.
Ad:
E-poçt:
* Comment:
* captcha: