İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın müxalifət partiyaları ölkənin son parlament seçkilərinin qalibi və "Təhrik İnsaf" partiyasının rəhbəri İmran Xana qarşı koalisiya yaratdılar.
Müxalifət partiyalarının "Etirazçıların Böyük Koalisyası" adlanan bu koalisiya Nəvaz Şərifin "Müslim Lig", Pakistan Xalq Partiyası, beş partiyadan mütəşəkkil olan "Müttəhid Əməl Məclisi Koalisiyası", "Milli Avam Partiyası", Bəluçistan Milli Partiyası və Xeybərpəxtunxanın "Milli Avam Partiyası"nı ehtiva edir.
Etirazçılar koalisiyası baş nazir, parlamentin rəisi və rəis müavini vəzifəsinə müştərək namizəd seçmək istəyirlər.
Qeyd edək ki, Pakistanın parlament seçkilərində İmran Xanın rəhbərliyi ilə "Təhrik İnsaf" partiyası parlamentin 270 kürsüsündən 116-nı qazana bilib.
http://iqna.ir/fa/news/3735453