IQNA

11:14 - September 10, 2018
Xəbər sayı: 3483823
Səudiyyə Ərəbistanın nüfuzlu şiə ruhanisi Şeyx Vəcdi Mübarək AŞURA günü mərasiminin keçirilməsində vətəndaşların dövlət təhlükəsizlik qüvvələri ilə həmkarlıq etməsinin zəruri olduğunu vurğulayıb.

AŞURA günü təhülkəsizlik qüvvələri ilə həmkarlıq edinİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Səudiyyə Ərəbistanın nüfuzlu şiə ruhanisi Şeyx Vəcdi Mübarək AŞURA günü mərasiminin keçirilməsində vətəndaşların dövlət təhlükəsizlik qüvvələri ilə həmkarlıq etməsinin zəruri olduğunu vurğulayıb.

Səudiyyə Ərəbistanın nüfuzlu şiə ruhanisi Şeyx Vəcdi Mübarək sosial şəbəkələr vasitəsi ilə bəyaniyyə yayaraq dedi: Təhlükəsizlik qüvvələri ilə razılaşdırılmamış heç bir addım atılmasın. Həmkarlıq olmadan heç bir iş uğurlu olmur. Təhlükəsizlik qüvvələri vətəndaşların təhlükəsizliyinin məsulliyyətini daşıyırlar. Mərasim keçirən komitələr və qrumlar bütün təhlükəli məqamları onlara məruzə etməlidirlər.

O vurğuladı: AŞURA mərasimləri keçirən bütün məscid, hüseyniyyə və heyətlər mərasimlərin təhlükəsiz keçirilməsi üçün həmkarlıq etməyə çalışsınlar.  

Şeyx Vəcdi Mübarək dedi: Mərasimlərin keçirilməsi zamanı vətəndaşların hüquqları qorunmalıdır. Səsucaldıcıların səsi azaldılmalı, küçələrin təmizliyinə riayət olunmalıdır, yollarda vətəndaşların hərəkətinə mane olan izdiham yaradırlmamalıdır, maşın yollarında tıxaca səbəb olan maneə yaradılmamalıdır və ictimai əxlağa riayət edilməlidir.

http://iqna.ir/fa/news/3745125

Ad:
E-poçt:
* Comment:
* captcha: