IQNA

23:55 - September 23, 2018
Xəbər sayı: 3483927
Avropa İnsan Hüquqları Ali Məhkəməsi Belçikada hicablı geyiminə görə dini azadlıq hüquqnun tapdanılaraq məhkəmə zalından çıxarılan müsəlman qadının lehinə hökm verdi.

Avropa İnsan Hüquqları Məhkəməsi müsəlman qadının lehinə hökm verdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropa İnsan Hüquqları Ali Məhkəməsi Belçikada hicablı geyiminə görə dini azadlıq hüquqnun tapdanılaraq məhkəmə zalından çıxarılan müsəlman qadının lehinə hökm verdi.

Xanım Hacər Laşiri 2007-ci ildə qardaşının ölümü ilə əlaqədar Belçikada məhkəmə zalında hicabla iştirak edir. Bunu görən hakim müsəlman xanımın geyiminin məhkəminin gedişində mənfi təsir qoyduğunu bəhanə edərək onu zaldan çölə çıxartdırır.

Hacər Laşiri əvvəlcə Belçika məhkəmələrinə və daha sonra isə Avropa İnsan Hüquqları Ali Məhkəməsinə məktubla müraciət etdir.

Avropa İnsan Hüquqları Ali Məhkəməsi Belçika məhkəməsinin bu qərarını dini azadıqların ədalətsizcəsinə pozulması kimi dəyərləndirərək elan edir ki, məhkəmə zalında nizam-nitizamı qorumaq üçün qadınların hicabsız olması zəruri deyil. Buna görə də Hacər Laşir xanımın dini hüquqları tapdalanmışdr.

Bu ilk dəfədir ki, Avropada bir məhkəmə müsəlman qadının baş örtüyü  geyinməsi barədə müsəlmanların lehinə rəy vermişdir.  

http://iqna.ir/fa/news/3748802

 

 

Teqlər: iqna ، hicab ، belçika
Ad:
E-poçt:
* Comment:
* captcha: