IQNA

10:13 - September 24, 2018
Xəbər sayı: 3483930
Oktyabr ayının 26-da Belarusiyada “Müasir gənclik mədəniyyətində xristian dəyərləri konfransı”nın yeddinci tələbələrarası beynəlxalq iclası keçiriləcəkdir.

Müasir gənclik mədəniyyətində xristian dəyərləri konfransı keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Oktyabr ayının 26-da Belarusiyada “Müasir gənclik mədəniyyətində xristian dəyərləri konfransı”nın yeddinci tələbələrarası beynəlxalq iclası keçiriləcəkdir.

Konfrans Belarusiyanın İlahiyyat insititutunun təşəbbüsü, Belarusiya dövlət universitetinin Fəlsəfə və Sosial Tədqiqatlar Fakültəsi, Rusiya dövlət universitetinin Tarix fakültəsi və Rusiyada və müasir Avropada yeni dini hərəkatlar tədqiqat müəssiəsinin həmkarlığı ilə keçirilir.

Bu konfransda müasir dövrdə cavanlar arasında mədəni dəyərlər, cavanların fərdi, ailəvi və ictimai rəftarlarında xristian dininin təsirləri, xristian dininin dəyərlərinin mədəniyyət və icəsənət sahəsində təsirləri, cavanlar və kilsə münasibətləri, müasir ilahiyyatın problemləri və s... mövzular müzakirə ediləcəkdir.

Konfransda iştirak etmək istəyənlər Oktyabr ayının 10-dək qarşıdakı internet portalına və ya e-mailə müraciət edərək qeydiyyatdan keçə bilərlər:

https://goo.gl/forms/۰۶PKW۵rtyzcgqdCq۱

cennosti۲۰۱۸@mail.ru

  

http://iqna.ir/fa/news/3749381

Teqlər: iqna ، belarusiya ، konfrans ، ilahiyyat
Ad:
E-poçt:
* Comment:
* captcha: