IQNA

7:31 - October 03, 2018
Xəbər sayı: 3483994
Fransanın 200 nəfərdən ibarət polis qüvvələri ölkənin şimalında şiələrə məxsus bir İslam mərkəzinə hücum edərək mərkəzin məsullarını həbs ediblər. Bu əməliyyatda on bir nəfər saxlanılıb.

Fransa polisinin şiələrə məxsus dini mərkəzə hücumunun təfərrüatıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin ikinci günü, 2 Oktyabr 2018-ci il, Fransanın 200 nəfərdən ibarət polis qüvvələri ölkənin şimalında şiələrə məxsus bir İslam mərkəzinə hücum edərək mərkəzin məsullarını həbs ediblər.

İslam mərkəzinə hücum edən polis qüvvələri mərkəzin məsullarının evlərini də onların terrorist təşkilatları ilə bağlılığı olması bəhanəsi ilə axtarıblar.

Yerli rəsmilərin bildirdiyinə görə, bu əməliyyat Fransanın Qrand-Sent (Grande-Synthe) şəhərinin "Dunkirk" dəniz limanı ətrafında yerləşən "əz-Zəhra (s)" şiə İslam mərkəzi əleyhinə "terrorizmin qarşısının alınması" lahiyəsinin bir hissəsi olaraq həyata keçirilib.

"Franspress"in xəbərində deyilir ki, bu əməliyyat zamanı 11 nəfər saxlanılıb. Fransa dövləti bu mərkəzin anti-sionist rəhbəri Yəhya Qasiminin əmlakını müsadirə edib.

Fransa polisi iddia edir ki, bu mərkəz Fransanın milli dəyərləri ilə zidd olan fikirlər yayır, bir neçə terrorçu təşkilat ilə əlaqələri olub və onları dəstəkləyiblər. Buna görə də mərkəz əməliyyatdan öncə də uzun müddət nəzarətdə olublar.

Fransanın şiə məzhəbinə məxsus "əz-Zəhra (s) İslam mərkəzi" 2009-cu ildə İslamın ismarıcını "Peyğəmbər (s) və Əhli-Beyt (ə)" məktəbi əsasında insanlara çatdırmaq hədəfi ilə təsis edilib.

Qeyd edək ki, Fransanın Qrand-Sent şəhərinin dəniz limanı bu ölkə vasitəsi ilə İngiltərəyə getmək istəyən mühacirlərin əsas qərargahıdır və qaçaqmalçılıq fəaliyyətləri ilə məşhurdur.    

http://iqna.ir/fa/news/3752236

Ad:
E-poçt:
* Comment:
* captcha: