IQNA

20:43 - October 06, 2018
Xəbər sayı: 3484006
Dünən, həftənin Cümə günü, günün ikinci yarısında, 5 Oktyabr 2018-ci il, İraqın Kərbəla şəhərində 5-ci beynəlxalq "Səccadiyyə Təratili" festivalının açılış mərasimi keçirildi.

İraqda beynəlxalq İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İmam Hüseyn (ə) ziyarətgahının informasiya portalı"na istinadla verdiyi xəbərə görə, dünən, həftənin Cümə günü, günün ikinci yarısında, 5 Oktyabr 2018-ci il, İraqın Kərbəla şəhərində 5-ci beynəlxalq "Səccadiyyə Təratili" festivalının açılış mərasimi keçirildi.

Həzrət İmam Zeynül-Abidin Əli ibn Hüseynin (ə) şəhadət gecəsi Həzrət İmam Hüseynin (ə) hərəmində keçirilən mərasimdə Asiya, Avropa, Amerika və Afrika ölkələrinin, o cümlədən İngiltərə, Fransa, Amerika, Brazilya, Almaniya, Belçika, Mavritaniya, Misr, Sudan, Nigeriya, Ac Sahili, Qana, Banqladeş, İndoneziya, Livan, Ərəbistan, Oman, İordaniya və Pakistanın müsəlman cəmiyyətlərinin tanınmış şəxsiyyətləri və meida nümayəndələri iştirak edib.

5-ci beynəlxalq "Səccadiyyə Təratili" festivalının keçirilməsi komitəsinin sədri Cəmaləddin Şəhristani açılış mərasimində dedi: İmam Səccadın (ə) şəhadət ildönümü münasibəti ilə təşkil olunan bu festival "İmam Səccadın (ə) hüquq risaləsi; barışla yaşamağın həqiqi prinsipləri" şüarı ilə keçirilir və üç gün davam edəcəkdir.

İraqın dini mərcəiyyəti və xarici heyətlərin nümayəndələrinin çıxışı, şer məclisi, qısa dastan yarışlarının qaliblərinin elan edilməsi, ƏRBƏİN ziyarətçilərindən bəhs edən "xütvə" (addım) fotomüsabiqəsinin qaliblərinin elan edilməsi, teatr səhnəciklərinin icrası, tədqiqat seminarları, senari yazmaq kursu, teatr icrası dərnəyi, fotomüsabiqə və kiçik hekayələr yarışı festivalın əsas proqramlarıdır.

http://iqna.ir/fa/news/3752970

 

آغاز پنجمین جشنواره تراتیل سجادیه در کربلا

آغاز پنجمین جشنواره تراتیل سجادیه در کربلا

آغاز پنجمین جشنواره تراتیل سجادیه در کربلا

آغاز پنجمین جشنواره تراتیل سجادیه در کربلا

آغاز پنجمین جشنواره تراتیل سجادیه در کربلا

آغاز پنجمین جشنواره تراتیل سجادیه در کربلا

آغاز پنجمین جشنواره تراتیل سجادیه در کربلا

آغاز پنجمین جشنواره تراتیل سجادیه در کربلا

Ad:
E-poçt:
* Comment:
* captcha: