IQNA

0:16 - October 07, 2018
Xəbər sayı: 3484008
Hər dəfə cərrahiyyə əməliyyatına girməzdən öncə Qurani-Kərim və İncil oxuyan Sudanlı cərrah qaçqınlara kömək etdiyi üçün BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  mükafatına layiq görülüb.

Sudanlı cərrah əməliyyatdan öncə Quran və İncildən mənəvi dəstək alırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hər dəfə cərrahiyyə əməliyyatına girməzdən öncə Qurani-Kərim və İncil oxuyan Sudanlı cərrah qaçqınlara kömək etdiyi üçün BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  mükafatına layiq görülüb.

Doktor Evan Atar Adaha cənubi Sudanın cənub-şərqində yerləşən Maban Referral Hospitalının yeganə cərrah həkimidir.

O, xəstələrini əməliyyata götürməzdən öncə xəstənin dininə uyğun olaraq Quran və ya İncildən bir neçə ayəni onlar üçün oxuyur.

Xristian dininin katolik məzhəbindən olan 52 yaşlı bu cərrah cərrahlıq bıçağını əlinə götürməmiş dua oxuyur. O deyir ki, "iman" işin uğurlu olmasına çox böyük kömək edir. Mən "hamımız bir Allah tərəfindən yaranmışıq" əqidəsindən çox ilahm və güc alıram. İş zamanı həmkarlarıma deyirəm ki, biz bir ailəyik. Və insanların canını xilas etməliyik.

Cənubi Sudanın cənub-şərqində yerləşən Maban Referral Hospitalının yeganə cərrah həkimi olan Doktor Evan iyirmi ildir ki, Sudanda müharibə qaçqınlarına tibbi xidmətlər göstərir.

Doktor Evan Atar Adaha 2018-ci ildə BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  "qaçqınların işi üzrə ali komissarlığı"nın (UNHCR) mükafatına layiq görülmüşdür.

Keçən həftə bu mükafatı İsveçrənin Cenevrə şəhərində mükafatını alan Doktor Evan Atar bu mükafata layiq görüldüyündən şad olduğunu deyib və bildirib ki, bu mükafatın gətirdiyi gəliri də qarşıdakı problemlərin həlli üçün xərcləyəcəkdir.

Qeyd edək ki, Doktor Evanın fəaliyyət göstərdiyi xəstəxana 2011-ci ildən indiyədək əksəriyyəti qaçqın olan 200 min nəfər insanı xilas edə bilib.

http://iqna.ir/fa/news/3753253  

Teqlər: iqna ، həkim ، sudan
Ad:
E-poçt:
* Comment:
* captcha: