IQNA

21:45 - October 14, 2018
Xəbər sayı: 3484054
İraqın Kərbəla əyalətinin Səhiyyə İdarəsi İmam Hüseynin (ə) milyonluq ƏRBƏİN ziyarəti üçün xüsusi hazırlıqlar görüb.

Kərbəlanın Səhiyyə İdarəsinin ƏRBƏİN tədbirləriİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla əyalətinin Səhiyyə İdarəsi İmam Hüseynin (ə) milyonluq ƏRBƏİN ziyarəti üçün xüsusi hazırlıqlar görüb.

İraqın Kərbəla əyalətinin Səhiyyə İdarəsi rəisi Səbah Nur Hadi Musəvi bəyaniyyə yayaraq elan edib: İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti ərəfəsində və milyonlarla zəvvarın Kərbəlaya tərəf axışdığı günlər üçün Nəcəf, Babil və Bağdad istiqamətində zəvvarların yürüş marşurutlarında hər 20 km-dən bir tibbi xidmətlər dayanacağı yaradılmışdır.

Bəyaniyyədə deyilir: Bu layihənin icrası yönündə 96 ambulans, 41 yolüstü tibbi xidmət dayancağı, 7 dövlət xəstəxanası və 3 xüsusi xəstəxana İmam Hüseynin (ə) ƏRBƏİN zəvvarlarına xidmət göstərəcəkdir.

İraqın Kərbəla əyalətinin Səhiyyə İdarəsi rəisi deyib: Kərbəla şəhərinin mərkəzində "Həzrət Zəhra (s)" adına səyyar xəstəxana yaradılmışdır. Həmçinin Həzrət Zeynəb (s) adına ixtisaslaşdırılmış cərrahiyyə mərkəzində də digər bir tibbi yardım dayanacağı yaradılmışdır.

Bundan əlavə zəvvarala verilən qida məshulları və içməli sulara nəzarət etmək üçün də 37 nəfərlik sanitariya qrupu yaradılmışdır.  

http://iqna.ir/fa/news/3755840

Teqlər: iqna ، İmam Hüseyn ، ƏRBƏİN ، İraq
Ad:
E-poçt:
* Comment:
* captcha: