İranın İmam Əli (ə) adına Darul-Quran müəssisəsinin təşəbbüsü ilə keçirilən Qurani-Kərimin qadınlararası qiraət və hifz yarışlarının 12-ci turunda iştirak etmək üçün 5 min 322 nəfər qeydiyyatdan keçib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İmam Əli (ə) adına Darul-Quran müəssisəsinin təşəbbüsü ilə keçirilən Qurani-Kərimin qadınlararası qiraət və hifz yarışlarının 12-ci turunda iştirak etmək üçün 5 min 322 nəfər qeydiyyatdan keçib.
Qadınlararası Quran yarışlarına ad yazdıranların əksəriyyəti Qurani-Kərimin 10 cüz hifzi ixtisası üzrə qeydiyyatdan keçmişdir. Onların sayı 3 min 36 nəfərdir.
İmam Əli (ə) adına Darul-Quran müəssisəsinin təşkil etdiyi Qurani-Kərim yarışlarının keçirilməsi məsulu Mürtəza Nəcəfi Qüdsi bu yarışlara qeydiyyatın ikinci mərhələsinin tarixinə və iştirakçıları sayına işarə edərək dedi: Yarışda Qurani-Kərimin kamil hifzi üzrə 776 nəfər, 20 cüz hifz üzrə 877 nəfər, 10 cüz hifz üzrə 336 nəfər ad yazdırıb. Qiraət üzrə yarışlarda isə 114 nəfər "təhqiq" (musiqi muğamları əsasında peşəkar qiraət) və 519 nəfər isə "tərtil" (təcvid qaydalarına riayət etməklə orta sürətli avazlı oxunuş) ixtisası üzrə qeydiyyatdan keçmişdir.
Mürtəza Nəcəfi Qüdsi əlavə etdi: Yarışlarda iştirak edənlər qarşıdakı ardıcıllıqla əyalətlər üzərə çoxluq təşkil edirlər: Tehran (1202 nəfər), İsfahan (1026), Qum (646 nəfər), Qəzvin (290 nəfər), Əlborz (287 nəfər), Yəzd (287 nəfər) Xorasane Rəzəvi (276 nəfər) və Mərkəzi (276 nəfər).
http://iqna.ir/fa/news/3765935