IQNA

Mərakeşdə "Quran xitabları və tərcümə problemləri" konfransı keçirildi

23:37 - November 30, 2018
Xəbər sayı: 3484261
Konfransda Mərakeş, Belçika, Mavritaniya, Misr, Tunis, Əlcəzayir və sair ölkələrdən alimlər, universitet ustadları, tədqiqatçılar, tərcümə mütəxəssisləri və şərqşünaslar iştirak ediblər.

Mərakeşdə İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin üçüncü və dördüncü günləri, Noyabr ayının 28 və 29-da, Mərakeşin paytaxtı Kazablanka şəhərində "Quran xitabları və tərcümə problemləri" adlı konfrans keçirilib.

Konfransda Mərakeş, Belçika, Mavritaniya, Misr, Tunis, Əlcəzayir və sair ölkələrdən alimlər, universitet ustadları, tədqiqatçılar, tərcümə mütəxəssisləri və şərqşünaslar iştirak ediblər.

"Quran xitabları və tərcümə problemləri" konfransının iştirakçıları Qurani-Kərimin digər dillərə tərcümə edilməsi üçün böyük İslami tərcümə layihəsinin hazırlanmasının zəruri olduğunu vurğulayıblar.

Konfransda qərbli şərqşünasların və dini araşdırmaçıların Qurani-Kərimin tərcüməsində qəsdən və ya səhvən etdikləri səhvlərə də diqqət çəkilib, bu tərcümələrin qərəzli, şübhə və şəkk yaratmaq üçün olduğu və bu yanlış tərcümənin İslamın simasını ləkələdiyi vurğulanıb.

Çıxış edən ustadlar Quran tərcümələrində qılınc, cihad, qital və ümmət kimi dini terminlərin qeyri-ərəb dillərinə tərcüməsinin problemlər yaratdığını vurğulayaraq bu barədə ciddi araşdırmalar aparılmasının zəruri olduğunu vurğulayıblar.  

http://iqna.ir/fa/news/3768177

captcha