IQNA

Livan Hizbullahı ABŞ-da Qurana hörmətsizliyi pislədi

11:05 - December 19, 2025
Xəbər sayı: 3499432
İQNA – Livan Hizbullahı bəyanat yayaraq bir amerikalının Qurani-Kərimə hörmətsizlik etməsini ən sərt ifadələrlə qınayıb və bunu “iyrənc cinayət və alçaq bir əməl” adlandırıb.

“İQNA”-nın “əl-Aləm” telekanalına istinadən verdiyi xəbərə görə, Hizbullahın bəyanatında deyilir: “Bu əməl müsəlmanların müqəddəslərinə açıq-aşkar təcavüz olmaqla yanaşı, bütün səmavi dinlərin əsaslandığı dini və insani dəyərlərə də hücumdur”.

Hizbullah ABŞ hökumətinin mövqeyini tənqid edərək vurğulayıb ki, Vaşinqton administrasiyasının guya ifadə və etiqad azadlığı bəhanəsi ilə bu cür təhqirlərin törədicilərinə qarşı hər hansı hüquqi addım atmaması, ABŞ hökumətinin bu təhlükəli və təhrikedici əməlləri tam şəkildə ört-basdır etdiyini göstərir.

Bəyanatın davamında qeyd olunur: “Bu cinayət fərdi bir hərəkət deyil; onun icraçıları qlobal istikbarın əlində alətə və hərəkət edən kuklalara çevrilmiş şəxslərdir və onlar İslam dinini zəiflətmək məqsədi ilə fəaliyyət göstərirlər”.

Livan Hizbullahı həmçinin ərəb və islam ümmətini, eləcə də bütün səmavi dinlərin ardıcıllarını bu cinayətkar əmələ qarşı ən geniş miqyaslı qınama kampaniyası başlatmağa və İslamın və digər ilahi dinlərin müqəddəs dəyərlərinə edilən hər cür təcavüzə qarşı qəti mövqe nümayiş etdirməyə çağırıb.

4323747

captcha