IQNA

0:15 - December 02, 2018
Xəbər sayı: 3484270
Hindistanın paytaxtı Dehlidə bu şəhərin dini mübəlliğləri, Cümə imamları və imam camaatlarının iştirakı ilə  keçirilən iclasda sosial şəbəkələrin dini təbliğ imkanları müzakirə edilib.

Sosial şəbəkələr alimlər üçün qızıl fürsətdirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın paytaxtı Dehlidə bu şəhərin dini mübəlliğləri, Cümə imamları və imam camaatlarının iştirakı ilə  keçirilən iclasda sosial şəbəkələrin dini təbliğ imkanları müzakirə edilib.

İclasda Dünya Müsəlmanlarının Vəliyyi Fəqihi Həzrət Ayətullah Üzma Xameneinin Dehlidəki səlahiyyətli nümayəndəsi Höccətul-İslam vəl-müslimin Mehdi Mehdipur, "Üməna heyəti"nin katibi və "Cameətul-Mustafa əl-Aləmiyyə" beynəlxalq İslam akademiyasının keçmiş eks-prezidenti Höccətul-İslam vəl-müslimin Məhdəvipur və "Cameətul-Mustafa əl-Aləmiyyə" beynəlxalq İslam akademiyasının Hindistan filialının rəhbəri Məhəmmədrza Saleh  iştirak ediblər.

Sosial şəbəkələrin dini təbliğ imkanlarını müzakirə edən iclas Cameətuş-Şəhid mədrəsəsində və Şəhidi-Rabe Mirza Məhəmməd Kamil Səbzəvarinin məqbərəsində keçirilib.

"Cameətul-Mustafa əl-Aləmiyyə" beynəlxalq İslam elmləri akademiyasının keçmiş eks-prezidenti Höccətul-İslam vəl-müslimin Məhdəvipur iclasda çıxış edərək deyib: "əl-Mustafa" beynəlxalq İslam elmləri akademiyası İslami İnqilabının səmərəsidir. Dünyanın ən ucqar yerlərinə dini təbliğçilər yetişdirir və göndərir. Bu akademiyanın da faydalarından biri budur ki, qədim zamanlarda dünyanın bir çox yerlərində qəriblik çəkən şiələr artıq tam gücləri ilə öz məzhəblərini yaşayır və yayırlar.  

O, "əl-Mustafa" İslam elmləri akademiyasının hədəflərindən danışaraq dedi: Bu gün sosial şəbəkələr İslam alimləri üçün qızıl imkandır. Din alimləri gərək bu sahəni öyrənsinlər. Və bu vasitə ilə insanları maarifləndirsinlər və İslam dinini yaysınlar.      

http://iqna.ir/fa/news/3768290

فضای مجازی، فرصتی طلایی برای علما

فضای مجازی؛ فرصتی طلایی برای علما

Ad:
E-poçt:
* Comment:
* captcha: