IQNA

9:25 - December 12, 2018
Xəbər sayı: 3484333
Misrin əl-Əzhər İslam Mərkəzinin "Alimlər Heyəti" Qurani-Kərimin hifzi üzrə müxtəlif yaş qrupları arasında beynəlxalq yarış təşkil edəcəkdir.

Quran hafizləri əl-Əzhərin beynəlxalq yarışlarında iştirak edəcəklərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin "Alimlər Heyəti" Qurani-Kərimin hifzi üzrə müxtəlif yaş qrupları arasında beynəlxalq yarış təşkil edəcəkdir.

Misrin əl-Əzhər İslam Mərkəzinin "Alimlər Heyəti" baş katibi Abbas Şuman bu barədə deyib: Dünyanın hər yerindən ən yaxşı Quran hafizlərinin iştirakı ilə beynəlxalq yarış keçiriləcək. Yarışda müxtəlif yaş qruplarından olan hafizlər Qurani-Kərimin müxtəlif dərəcəli hifzi üzrə yarışacaqlar.

əl-Əzhərin "Alimlər Heyəti"nin iştirakı ilə Qahirədə keçirilən "sabit və dəyişkən şəri hökmlər" iclasında çıxış edən Abbas Şuman vurğulayıb: əl-Əzhər İslam Mərkəzi tezliklə bu yarışlarda itşirak etmək üçün lazım olan şərtləri və yarışlarının keçirilməsi qaydalarını elan edəcəkdir.   

Misrin əl-Əzhər İslam Mərkəzinin "Alimlər Heyəti" baş katibi Abbas Şuman əlavə etdi: Qahirədə keçiriləcək bu yarışların dəqiq tarixi elan olunacaq və həmçinin gələn ilin Aprel-May aylarında beynəlxalq "İslami Elmlərdə Çağdaşlıq" mövzusunda konfrans keçiriləcək.

http://iqna.ir/fa/news/3771376  

Teqlər: iqna ، əl-əzhər ، qahirə ، hifz ، yarış
Ad:
E-poçt:
* Comment:
* captcha: