IQNA

23:56 - December 21, 2018
Xəbər sayı: 3484392
Mən bu gecə qəhrəman dostlarıma və öncüllərə səslənərək deyirəm ki, gəlin 60 saylı magistral yolu ərəblər üçün bağlayaq. Əgər buna hər hansı etirazları olsa, o zaman yollarda heç bir ərəb qalmayacaq.

Fanatik israilli deputat sosial şəbəkədə fələstinliləri öldürməyə çağırıbİQNA-nın (Beynəxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsrail parlamentinin (Knesset) radikal sağyönümlü blokunun deputatı Bezalel Smotriç Fələstində qanunsuz məskunlaşmış yəhudi miqrantları yerli əhaliyə qarşı hücumları artırmağa çağırıb və bəyan edib ki, yəhudilərin həyatı fələstinlilərin həyatından daha üstündür.

Felestin.info Imemc.org-a istinadla xəbər verir ki, bu barədə fanatik deputat öz "Twitter" səhifəsində belə yazıb: "Mən bu gecə qəhrəman dostlarıma (yəhudi miqrantlara - red.) və öncüllərə səslənərək deyirəm ki, gəlin 60 saylı magistral yolu ərəblər üçün bağlayaq. Əgər (ərəblərin - red.) buna hər hansı etirazları olsa, o zaman yollarda heç bir ərəb qalmayacaq. Bizim həyatımızın dəyəri onların həyatından üstündür".

Deputatın bu çağırışından dərhal sonra İsrailin insan hüquqları üzrə "Yesh Din" təşkilatı məhkəməyə müraciət edib. Təşkilat "Yəhudi evi" partiyasının üzvünün zorakılığa çağıran bu müraciətinə görə dərhal istintaq başladılmasını istəyib. Təşkilat, həmçinin İsrailin Baş prokuroru Aviçay Mandelblitə də müraciət edib və deputat Smotriçə qarşı cinayət işinin açılmasını istəyib.

"Days of Palestine" qəzetinin yazdığına görə, fanatik yəhudi miqrantlar həqiqətən də deputatın çağırışını dəstəkləyiblər və həyata keçirməyə başlayıblar. Fanatiklər küçələrə çıxaraq qarşılarına çıxan fələstinlilərə hücum ediblər. "Yesh Din" təşkilatının açıqlamasına görə, Smotriçin çağırışından sonrakı 24 saat ərzində yəhudi miqrantlar tərəfindən fələstinlilərə qarşı 25 hücum faktı qeydə alınıb. Belə ki, Eyn-Yəbrud, Beytin kəndlərində yerli sakinlərin evləri odlu silahlarla atəşə tutulub, Huvara və Kəfr-Qəddum qovşağında maşınlar daşqalaq edilib. İnsidentlərin hamısı deputatın qeyd etdiyi 60 saylı magistralın ətrafında qeydə alınıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: