IQNA

22:56 - December 29, 2018
Xəbər sayı: 3484439
Quran hafizi olan 80 nəfər xanımın təqdiri mərasimi "əş-Şimal" əyaləti və Tripolinin müftisi Şeyx Malik Şəarın və "əl-Bəyan Quran Mərkəzi və İslam Birliyi"nin dəstəyi ilə keçirildi.

Livanda Quran hafizi olan 80 xanım təqdirə layiq görüldüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın şimalında yerləşən Tripoli şəhərində Qurani-Kərimi əzbər bilən 80 nəfər xanım mükafatlandırıldı.

Quran hafizi olan 80 nəfər xanımın təqdiri mərasimi "əş-Şimal" əyaləti və Tripolinin müftisi Şeyx Malik Şəarın və "əl-Bəyan Quran Mərkəzi və İslam Birliyi"nin dəstəyi ilə keçirildi.

Qurani-Kərimi 5-cüzdən 30-cüzədək əzbər bilən xanımların mükafatlandırılması mərasimi Qurani-Kərimin tilavəti ilə başlayıb. Quranı Livanın Əkar şəhərinin şeyxul-qürrası Xalid Bərəkat tilavət edib. Daha sonra isə "əl-Bəyan Quran Mərkəzi və İslam Birliyi"nin rəisi Şeyx Əhməd Şəirani və Tripolinin müftisi Mali Şəar çıxış ediblər.

Cümə günü (28 Dekabr 2018-ci il) keçirilən bu mərasimdə Livanın tanınmış din, elm, mədəniyyət, incəsənət və siyasiət adamları iştirak ediblər. Mərasim çərçivəsində "əl-Bəyan İslam Mərkəzi"nin 3-cü sərgisi də keçirilib.  

http://iqna.ir/fa/news/3776429  

Teqlər: iqna ، livan ، quran hafizləri
Ad:
E-poçt:
* Comment:
* captcha: