IQNA

9:06 - December 30, 2018
Xəbər sayı: 3484440
Bu rəsədxana Nəcəf dəryasının sahilində və İmam Zeynül-Abidin (ə) məqamının yaxınlığında yerləşən Safi Səfa Yəmani ləqəbi ilə məşhur olan Üseyd Yəmaninin müqəddəs türbəsində təsis edilib.

Nəcəfdə ilk RƏSƏDXANA açıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Şənbə günü, 29 Dekabr 2018-ci il, İraqın Nəcəf-Əşrəf şəhərində ilk dəfə olaraq İraq Şiə Fondları (Vəqflər) İdarəsi tərəfindən RƏSƏDXANA açılıb.

Bu rəsədxana Nəcəf dəryasının sahilində yerləşən Safi Səfa Yəmani ləqəbi ilə məşhur olan Üseyd Yəmaninin müqəddəs türbəsində təsis edilib.

İraq Şiə Fondları (Vəqflər) İdarəsi rəisi Seyid Əla Musəvi bu barədə deyib: Şiələrin müqəddəs ziyarətgahlarının tabeçiliyində rəsədxana açılması yeni bir addım və İraq xalqına yeni bir xidmətin başlanğıcıdır. Yeni ayların röyət edilməsi, ayın vəziyyəti və ulduzlar barədə məlumatları bu rəsədxana vasitəsi ilə əldə edəcəyik. Habelə gələcəkdə yeni astronomik hilla qübbəsinin tikilməsi nəzərdə tutulmuşdur.

Safi Səfa Yəmani türbəsinin məsulu Əbdülhəsən Şənun bu barədə deyib: Bu Rəsədxana coğrafi baxımdan münasib yerdə təsis edilmişdir. Çünki Nəcəf şəhərinin qərbində, hündürlükdə və açıq və geniş üfüqə tərəf yerləşmişdir.

Qeyd edək ki, Üseyd Yəmani öz vəsiyyəti əsasında Nəcəf çölünə gətirilərək şəhərin qərbində, Nəcəf dəryasının kəranında dəfn edilmişdir. Rəvayətə görə, onun cənazə namazını İmam Əli (ə) özü qılmışdır. Bu məzarın cənub tərəfində İmam Zeynül-Abidin (ə) məqamı yerləşir.   

http://iqna.ir/fa/news/3776695

Teqlər: nəcəf ، rəsədxana ، iraq ، hilal
Ad:
E-poçt:
* Comment:
* captcha: