IQNA

10:32 - January 01, 2019
Xəbər sayı: 3484456
Almaniyada İlahiyyat ixtisası üzrə oxuyanların gələcəkdə işlə təmin edilməklə bağlı ciddi problemləri olur. Buna görə də onlar təhsillərini digər ixtisaslar üzrə davam etdirməli olurlar.  

Almaniya uni-lərində İlahiyyat oxuyanların sayı azalırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniya universitetlərinin İlahiyyat ixtisası üzrə oxuyanların sayında kəskin azalma müşahidə olunur.

Almaniyanın Osnabrück İslami İlahiyyat İnstitutunun rəisi və İslam Konfransı Təşkilatının üzvü Bülənd Uçar bu barədə deyib: Almaniyada İlahiyyat ixtisası üzrə oxuyanların gələcəkdə işlər bağlı ciddi problemləri olur. Buna görə də onlar təhsillərini digər ixtisaslar üzrə davam etdirməli olurlar.  

Osnabrück İslami İlahiyyat İnstitutunun rəisi F.A.Z (Frankfurter Allgemeine Zeitung) qəzeti ilə müsahibəsində əlavə edib: Almaniyada İlahiyyat oxuyan tələbələrin çoxu gələcəyindən məyusdur. Çünki İslami cəmiyyətlərdə dövlət İlahiyyatçılarına az yer verilir. Onlar təkcə İlahiyyat müəssisələrində müəllim kimi işləyə bilirlər.

İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Mərkəzinin həftəlik xəbər bülleteninin 404-cü sayında dərc olunan bu məlumatın davamında deyilir: Almaniyada tərkibində İlahiyyat ixtisası olan beş universitet vardır. Bu universitetlərdən biri də Almaniyanın Osnabrück universitetinin nəzdində fəaliyyət göstərən İslam institutudur. 2012-ci ildə təsis edilmiş bu İslam institutunda səkkiz ustad tədris edir. Tələbələr bu institutda magistr pilləsinədək yüksələ bilirlər. Amma onlar üçün məscidlərdə fəaliyyət imkanı məhduddur. Buna görə də Uçarın fikrində İslami Təlim Mərkəzləri müstəqil olmalı və bu mərkəzlərdə daha çox insan elm öyrənmək imkanını əldə etməlidir.     

http://iqna.ir/fa/news/3777367  

Ad:
E-poçt:
* Comment:
* captcha: