IQNA

22:15 - January 04, 2019
Xəbər sayı: 3484467
Almaniyanın alim Patrik Bruksun (Patrick Brooks) qələmə aldığı "İsa Məsihin (ə) dini təlimləri ərəblərin İslam ədəbiyyatında" kitabı Həzrət İsa Məsihin (ə) din təlimlərinin İslam maarifi ilə əlaqələrindən söhbət açılıb.

Bu kitab İsa Məsihin (ə) təlimlərinin Quranla əlaqəsindən danışırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın alim Patrik Bruksun (Patrick Brooks) qələmə aldığı "İsa Məsihin (ə) dini təlimləri ərəblərin İslam ədəbiyyatında" kitabı Həzrət İsa Məsihin (ə) din təlimlərinin İslam maarifi ilə əlaqələrindən söhbət açılıb.

2019-ci ilin ilk günlərində Alman dilində 725 səhifədə çap edilmiş bu kitabda Həzrət İsa Məsihin (ə) dini təlimləri ilə İslam dininin Quran və hədislərdə gəlmiş əxlaqi göstərişləri müqayisə edilib.

İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Mərkəzinin yayımladığı həftəlik bülletenin 404-cü sayı bu kitab barədə ətraflı məlumat paylaşaraq yazıb: Bizim cəmiyyətimiz üçün İslam və xristianlıq arasında (xristian-müsəlman) dialoqun olması çox əhəmmiyyətlidir. Çünki dialoq səbəb olur ki, müştərək dəyərlər iki dinin tərəfdarları arasında qabardılsın və insanlar bir-birini daha yaxşı dərk etsinlər.

Xristianlar çox vaxt "dağın üzərindəki xütbələr"ə (İncilin ən mühüm əxlaqi fəsilləri) işarə edirlər və soruşurlar ki, müsəlmanların Həzrət İsa Məsihin (ə) əxlaqi təlimlərindən xəbəri vardırmı? Əgər xristianlarla müsəlmanlar arasında dialoq olmasa, müsəlmanlar "dağ üzərindəki xütbələr" adlanan və xristianlar üçün əhəmiyyətli olan əxlaqi dəyərləri bilməsələr, bu zaman iki dinin davamçıları arasında qarşılıqlı əlaqələr də alınmayacaq.

Həzrət İsa Məsihin (ə) barəsində məlumatlar və o həzrətin (ə) əxlaqi təlimləri Ərəb ədəbiyyatında mövcuddur və İslamın mədəni və elmi irsinin bir hissəsinə çevirilmişdir.

İsa Məsihin (ə) əxlaqi təlimləri Quran və sünnənin əxlaqi göstərişləri ilə əlaqəlidir. Müsəlman-xritian dialoqunun zəruriətini nəzərə alan müəllif bu kitabda çalışıb ki, həmin əlaqələri oxuculara çatdırsın.  

http://iqna.ir/fa/news/3778156

کتابی که از ارتباط آموزه‌های مسیح با قرآن می‌گوید

Teqlər: iqna ، isa ، məsih ، dialoq ، xristianlıq ، islam ، məsihiyyət
Ad:
E-poçt:
* Comment:
* captcha: