IQNA

22:51 - January 14, 2019
Xəbər sayı: 3484523
Küveytin Milli Qurani-Kərim Yarışlarının keçirilməsi komitəsinin rəisi Nasir Həmud Dəbus bu yarışların 22-ci turunda 2000 nəfərin iştirak edəcəyini xəbər verib.

Küveytin Milli Quran Yarışlarının təfərrüatı açıqlandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytin Milli Qurani-Kərim Yarışlarının keçirilməsi komitəsinin rəisi Nasir Həmud Dəbus bu yarışların 22-ci turunda 2000 nəfərin iştirak edəcəyini xəbər verib.

Küveytdə yaşayan yerli və xarici vətəndaşların iştirakı ilə keçiriləcək bu yarışlara qeydiyyat Fevral ayının 17-dək davam edəcəkdir.

Küveytin Milli Qurani-Kərim Yarışlarının keçirilməsi komitəsinin rəisi Nasir Həmud Dəbus əlavə edib: Milli Quran Yarışlarının çərçivəsində bəzi müəssisələrin də arasında xüsusi yarışlar keçiriləcək. Bu yarışlarda Küveytin Autism mərkəzi, Rifah mərkəzləri, Karlar birliyi, Korlar birliyi və "Bəşairul-Xeyr" cəmiyyəti iştirak edəcəkdir.

Yarışlarda uşaqlar, yeniyetmələr və cavanlar, qadın və kişilər, yerlilər və xaricilər iştirak edə bilərlər. Uşaqlar Qurani-Kərimin 59 və 60-cı hizblərinin hifzi və təcvidi, yeniyetmələr (15 yaşından aşağı) bir cüzin hifzi, təcvidi və rəvan oxunuşu, cavanlar (25 yaşından aşağı) Qurani-Kərimin 3 hifzi və təcvidi və digər iştirakçılar Qurani-Kərimin 5 cüzünün hifzi və təcvidi üzrə yarışacaqlar.

Küveytin yerli vətəndaşları və həmçinin Küveytdə yaşayan xaricilər qarşıdakı sayta (www.kharafiquran.com) müraciət edərək yarışlara yazıla bilərlər.       

http://iqna.ir/fa/news/3780872

Ad:
E-poçt:
* Comment:
* captcha: