IQNA

19:12 - January 16, 2019
Xəbər sayı: 3484534
Hesabatda bildirirlir ki,  işğalçı rejim qüvvələri 2018-ci ildə təkcə Qəzzada 50 uşağı qətlə yetirib. O cümlədən 2890 uşaq sionistlər tərəfindən yaralanıb, 28-i həbs edilib. 
İşğalçı İsrail rejimi 2018-ci ildə 50 fələstinli usagı qətlə yetiribIQNA-nın (Beynəlxalq Quran  Xəbər Agentliyi) verdiyi xəbərə görə, əl-Mizan İnsan Haqları Mərkəzi sionist İsrail rejim ordusunun Qəzza zolağındakı hücumları zamanı  uşaqlara qarşı törətdiyi cinayətlər barədə hesabat açıqlayıb. 
Hesabatda bildirirlir ki,  işğalçı rejim qüvvələri 2018-ci ildə təkcə Qəzzada 50 uşağı qətlə yetirib. O cümlədən 2890 uşaq sionistlər tərəfindən yaralanıb, 28-i həbs edilib. 
Hesabatda “İsrail”in beynəlxalq insan haqları qanunlarını və normalarını pozmağı davam etdirdiyi vurğulanıb və işğalçı rejimdən başda Qəzza zolağı olmaqla Fələstinin işğal olunmuş bütün  torpaqlarında dinc əhaliyə qarşı  öhdəliklərini yerinə yetirmək tələb olunub.
Hesabatda uşaqların necə öldürüldüyü və yaralandığı açıqlanmasa da Qəzzadakı  Səhiyyə Nazirliyinin hesabatına görə, onların çoxu  30 mart 2018-ci ildən Qəzza sərhəddində “Böyük Qayıdış” yürüşü zamanı işğalçı rejim əsgərləri tərəfindən güllələnib. 
Qeyd edək ki, "Böyük Qayıdış Yürüşü" 2018-ci ilin martın 30-da  Torpaq Günü münasibətilə  Qəzza zolağında başlayıb və hələ də davam edir. Dinc aksiyalarda indiyədək 250-dən çox Fələstinli şəhid olub, minlərlə fələstinli isə yaralanıb. 
Fələstinlilərin bu aksiyasında əsas məqsəd İsrailin 1976-cı ildə Fələstin torpaqlarını müsadirə etməsi qərarını dünyaya xatırlatmaqdır.
 
Ad:
E-poçt:
* Comment:
* captcha: