IQNA

10:37 - January 22, 2019
Xəbər sayı: 3484566
Kitab əslində müəllifin elmlər namizədi dərəcəsini almaq üçün yazdığı araşdırma işidir. Bu elmi işə Məhəmməd Kəhlavi, Rüfət Nəbravi, Ədnan Harisi, Şadiyə Dəsuqi və Hanan Mütavi rəhbərlik ediblər.

Quranın hüsnxətt ilə yazılması mövzusunda ən yeni kitabİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Misrli araşdırmaçı və yazar Məhəmməd Fərrac əl-Ğul Qurani-Kərimin hüsnxətt və "təhzib" (bəzəkli yazı) ilə yazılması mövzusunda "Xətt və Təhzib və Zürufətul-Müshəf" adlı yeni qələmə aldığı kitabı Ərəb dilində çap və nəşr etdirmişdir.

Məhəmməd Fərrac əl-Ğulun "Xətt və Təhzib və Zürufətul-Müshəf"  kitabı Misrin "Zəhrauş-Şərq" nəşriyyatı tərəfindən 851 səhifədə çap və nəşr edilmişdir.

Kitab əslində müəllifin elmlər namizədi dərəcəsini almaq üçün yazdığı araşdırma işidir. Bu elmi işə Məhəmməd Kəhlavi, Rüfət Nəbravi, Ədnan Harisi, Şadiyə Dəsuqi və Hanan Mütavi rəhbərlik ediblər.

Kitabda müəllif Qurani-Kərimin hüsnxətt ilə yazılmış və Məkkənin "Ümmül-Qüra" kitabxanasında saxlanılan nəfis nüsxələri barədə yeni araşdırma aparmış və nüsxələri müqayisə etmişdir. Bunadan əlavə İslami kitabların təzhib, təzyin və üzlənməsi barədə məlumatlar vermişdir.    

http://iqna.ir/fa/news/3783042  

Teqlər: hüsnxətt ، kitab ، Quran ، təhzib
Ad:
E-poçt:
* Comment:
* captcha: