IQNA

11:49 - January 26, 2019
Xəbər sayı: 3484582
Dünən işğalçı İsrail rejim qüvvələri Fələstinin Qəzza sektoru və İordan çayının qərb sahilində keçirilmiş dinc aksiyaları atəşə tutması nəticəsində iki fələstinli həlak olub, xeyli insan yaralanıb.

İsrail ordusu cümə günü iki fələstinlini qətlə yetiribİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən işğalçı İsrail rejim qüvvələri Fələstinin Qəzza sektoru və İordan çayının qərb sahilində keçirilmiş dinc aksiyaları atəşə tutması nəticəsində iki fələstinli həlak olub, xeyli insan yaralanıb.

Felestin.info "Palinfo"-ya istinadla xəbər verir ki, Rəmallahda baş tutmuş aksiyada işğalçı ordu odlu silahdan istifadə edib, nəticədə 18 yaşlı Əyman Əhməd Hamid sinəsindən güllələnib.

Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında deyilir ki, İsrail ordusu yaralı yeniyetməni ələ keçirib, sonradan Rəmallah hospitalında onun dünyasını dəyişdiyi elan edilib.

Dünən oxşar faciəli hadisə Qəzzada da baş verib. Cümə günü ilə əlaqədar keçirilən Böyük Qayıdış yürüşü zamanı 25 yaşlı Əhəb Abid İsrail snayperinin hədəfinə tuş gəlib. Cümə yürüşündə bundan başqa 22 nəfər yaralanıb, onların 14 nəfəri uşaqdır. Qəzza Səhiyyə Nazirliyi bəyan edib ki, işğalçı ordu burada təcili tibbi yardım maşınını atəşə tutub, nəticədə 6 tibb işçisi yaralanıb.

Bildirək ki, bugünədək Böyük Qayıdış yürüşlərində İsrail rejimi tərəfindən qətlə yetirilmiş fələstinlilərin sayı 261 nəfərə çatıb, 27 min nəfər isə yaralanıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: