IQNA

Dünya Eyzədilərinin (yezdi) rəhbəri vəfat etdi

9:32 - January 29, 2019
Xəbər sayı: 3484601
Bu barədə dünən, həftənin ikinci günü, 28 Yanvar 2019-cu il, İraqın Kürdüstan əyalətinin Dini İşlər Fondunun (Vəqf İdarəsi) Yəzdanilərin İşi İdarəsinin baş direktoru Xeyri Buzani bəyaniyyə yayıb.

Dünya Eyzədilərinin (yezdi) rəhbəri vəfat etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünya Eyzədilərinin (Yəzdanilər) rəhbəri MirTəhsin Səid Əli Beg Almaniyanın Hanover şəhərinin "KRH Hospital Siloah" xəstəxanasında vəfat edib.

Bu barədə dünən, həftənin ikinci günü, 28 Yanvar 2019-cu il, İraqın Kürdüstan əyalətinin Dini İşlər Fondunun (Vəqf İdarəsi) Yəzdanilərin İşi İdarəsinin baş direktoru Xeyri Buzani bəyaniyyə yayıb.

Dünya Eyzədilərinin (Yəzdanilər) rəhbəri MirTəhsin Səid Əli Begin səhhəti keçən həftənin Cümə günü ağırlaşıb və həftənin ikinci günü vəfat edib.

Qeyd edək ki, dünya Eyzədilərinin (Yəzdanilər) rəhbəri MirTəhsin Səid Əli Beg 1933-cü ilin Avqust ayının 15-də İraqın Mosul şəhərinin Şeyxan regionunda anadan olub. Atası Səid Əli Begin 1944-cü ildə vəfatından 15 gün sonra dünya eyzədilərin rəhbəri təyin edimişdi.

Eyzədilər əsasən kürdlərdən ibarət məzhəbi azlıqdırlar. Onlar Türkiyə, Qafqaz, Suriya və İraqın kürdlər yaşayan ərazilərində yaşayırlar. Kürd və Kirmancı dilində danışırlar. Onların dini ayinləri Manozim və Zərdüştlükdən qaynaqlanan "qədim kürd din ayinləri"dir.   

http://iqna.ir/fa/news/3785133  

Teqlər: iqna ، eyzədi ، yezdi ، kürd ، kürdüstan
captcha