IQNA

14:33 - January 31, 2019
Xəbər sayı: 3484612
İranın ABŞ-da həbs edilən qadın jurnalisti - PressTV-nin xüsusi müxbiri Mərziyə Haşimi İrana qayıdıb. Onu dövlət rəsmiləri, adi vətəndaşlar, KİV nümayəndələri və ictimai xadimlər qarşılayıb. 

İranın ABŞ-da həbs edilən qadın jurnalisti Tehranda belə qarşılandı - FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "mehr"ə istinadla verdiyi xəbərə görə, İranın ABŞ-da həbs edilən qadın jurnalisti - PressTV-nin müxbiri Mərziyə Haşimi İrana qayıdıb. Jurnalist İranda xüsusi təmtəraq ilə qarşılanıb. Onu dövlət rəsmiləri, adi vətəndaşlar, KİV nümayəndələri və ictimai xadimlər qarşılayıb. 

Tehran Hava Limanında jurnalistlərə açıqlama verən Mərziyə Haşimi "Amerikada həbs olunduqdan sonra başa düşdüm ki, İran İslam Respublikası Amerika üçün nə qədər mühümdür və onlar İran İslam İnqilabının 4-cı ilindən nigarandırlar.  Əgər ölkə xaricində olsanız, Rəhbər, Vətən və İran İslam Respublikasının dəyərini biləcəksiniz.", -deyə bildirib.

Qeyd edək ki, İranın ingilis dilində fəaliyyət göstərən Press TV kanalının Amerika əslli müxbiri, aparıcısı, sənədli filmlər yaradıcısı və diktoru Mərziyyə Haşimi 2019-cu il yanvarın 13-də heç bir dəlil olmadan Vaşinqtonun “Sent Luis” hava limanında həbs olunaraq, ABŞ Federal Təhqiqat Bürosunun təcridxanasına köçürülülmüş, barəsində təhqiqat başladılmışdı. İran və Dünya ictimaiyyətinin təpkilərindən sonra ABŞ höküməti  Mərziyə Haşimini azad etmişdi. Haşimi ilk açıqlamsında həbsinin ABŞ-ın İranla düşmnçiliyilə əlaqələndirmişdi.

Teqlər: press tv ، mərziyyə ، haşimi ، iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: