İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "İran İslam İnqilabının əsas prinsiplərinin ikincisi "Fəqihin-Vilayəti" məsələsidir. Bu gün İslam dünyasını və müsəlmanları terrorist təkfirçilərin bəlasından nicat verəcən yeganə amil "Fəqihin-Vilayəti" oldu".
Bu sözləri Suriyanın paytaxtı Dəməşqdə keçirilən "İslam Dünyası Din Alimləri"nin 14-cü toplantısında iştirak edən Bəhreyn Alimlərinin Xarici Ölkələrdə Təmsilçisi Şeyx Abudllah Dəqqaq deyib.
İQNA ilə müsahibəsində İran İslam İnqilabının 40-cı ildönümünü İran xalqına və müsəlmanlara təbrik deyən Şeyx Abudllah Dəqqaq vurğulayıb: İran İslam İnqilabının İslama dəyərlərə söykənən prinsipləri var. İran İslam İnqilabının dahi rəhbəri İmam Xomeyni (r.ə) üçün bu prinsiplərin birinci Allaha təvəkkül etmək idi. Amma bu gün, təəssüflər olsun ki, bəzi İslam dövlətləri qələbə üçün maddi və dünyəvi amillərə daha çox söykənirlər.
O əlavə edib: İran İslam İnqilabının ikinci əsas prinsipi "Fəqihin-Vilayəti" məsələsidir ki, bu gün regionda təkfirçilərin bəlasını müsəlmanlardan uzaqlaşdıran bu amil oldu.
"İran İslam İnqilabının qələbə çalmasının və yaşamağına səbəb olan üçüncü prinsip xalq arxalanması, dördüncüsü isə nəticənin nə olacağından asılı olmayaraq üzərinə düşən məsuliyyət və İlahi təklifi həyata keçirməkdir". – Şeyx Dəqqaq deyib.
Bəhreyn Alimlərinin Xarici Ölkələrdə Təmsilçisi Şeyx Abudllah Dəqqaq vurğulayıb: İran İslam İnqilabının qələbəsi, yaşaması və regionun İslami müqavimət hərəkatlarında təsirli olması, bu inqilabının şəhidlik və şəhadət məktəbi üzərində qrulması və buna israrlı olması prisipidir.