İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin ikinci günü, 6 Mart 2019-cu il, İraqın Mədəniyyət və Turizm naziri Əbdülhəmid Həmdani İran İslam Respublikasının İraqdakı səfiri İrəc Məscidi və İranın Bağdaddakı Mədəniyyət Əlaqələri İdarəsinin məsul işçisi Höccətul-İslam vəl-müslimin Əbazəri ilə görüşüb.
Əbdülhəmid Həmadni görüş zamanı deyib: Biz İranın köməklərini unutmayacayıq. Və istəyirik ki, "Həşduş-Şəəbi" mövzusunda İranlı müştərək və İranlı incəsənətçilərin həmkarlığı film hazırlayaq.
O əlavə edib: İki ölkə arasında incəsənət və mədəniyyət sahəsində həmkarlığın inkişafı və genişləndirilməsi bizim üçün sevindiri bir haldır.
İraqın Mədəniyyət və Turizm naziri vurğulayıb: İrana səfərim zamanı İran İslam Respublikasının prezident müavini ilə görüşümdə incəsənət, mədəniyyət və arxeologiya sahələrində memarandom imzaladıq və mədəni irs barədə əldə olunan razılaşmaların icrasına başlamaq lazımdır.
O deyib: İki ölkə arasında dərin və köklü mədəni və dini əlaqələr mövcuddur. İrandakı "təxti-Cəmşid" və "çoğzanbil" ilə İraqın Mədain şəhərinin "Kəsra sarayı sütunları" bir-biri ilə əlaqəlidir. Biz İranlı arexoloqları bu əsərlərin araşdırılması və təmiri barədə həmkarığa dəvət edirik.
İran İslam Respublikasının səfiri bu görüşdə İraqla təshil, mədəniyyət, incəsənət, turizim, ədəbiyyat, şer, media, kino və sair bu kimi sahəsində hərtərəfli əməkdaşlığa hazır olduqlarını elan edib.
http://iqna.ir/fa/news/3795944