IQNA

7:55 - April 27, 2019
Xəbər sayı: 3485039
Londonda keçirirlən İslam İncəsənəti Auksionunda satılan əsərlər arasında Qurani-Kərimin qədim və tarixi əlyazma nüsxələri olub. Bu nüsxələrdən biri də "Sultan Qaytabay Quranı" nüsxəsidir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən,həftənin Cümə günü, 27 Aprel 2019-cu il, İngiltərənin paytaxtı Londonun Kristiz Hərrac Evində (christie`s  auction house) bir sıra İslami incəsənət əsərləri hərraca çıxarılıb.   

İQNA-nın "almaghribtoday" informasiya portalına istinadla verdiyi məlumata əsasən, İngiltərənin paytaxtı Londonda keçirirlən İslam İncəsənəti Auksionunda satılan əsərlər arasında Qurani-Kərimin qədim və tarixi əlyazma nüsxələri olub.

Qurani-Kərimin bu auksionda satışa çıxarılan qədim və tarixi əlyazma nüsxələrindən biri də Məmlukların dövrünün şahlarından birinin adı ilə tanınmış "Sultan Qaytabay Quranı" nüsxəsidir. Bu nüsxənin 20 kq. çəkisi var. Nüsxə Məmluklar sülaləsinin axırıncı padşahı Sultan Qaytabayın (1468-1496) xüsusi sifarişi əsasında yazılıb. Bu nüsxənin təqribi qiyməti 500 min ponddan 800 min pondadək elan edilib.  

Auksionda satışa çıxarılan İslam İncəsənəti Əsərlərindən biri də İran İslam Respublikasına aid olub. Bu əsər 17-ci əsrdə Şab Abbas Səvəfinin göstərişi ilə İsfahanda toxunulmuş iki nəfis xalçadır.  

http://iqna.ir/fa/news/3806533

Ad:
E-poçt:
* Comment:
* captcha: