IQNA

Bollywood ulduzu: İslami əqidəmə görə səhnədən gedirəm

23:42 - July 01, 2019
Xəbər sayı: 3485428
Hindistanın məşhur Bollywood ulduzu xanım Zayira Vəsim özünün İslami əqidəsinə görə və İlahi əmrlərə itaət etməyi zəruri saydığı üçün aktrisalıq sənətindən uzaqlaşdığını elan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın məşhur Bollywood ulduzu xanım Zayira Vəsim özünün İslami əqidəsinə görə və İlahi əmrlərə itaət etməyi zəruri saydığı üçün aktrisalıq sənətindən uzaqlaşdığını elan edib.

Əslən Kəşmirdən olan və indiyədək bir neçə mükafata layiq görülmüş aktrisa bu barədə rəsmi "facebook" səhifəsində yazıb: 5 il öncə həyatımı həmişəlik dəyişəcək bir addım atdım. Ayağımı Bollywooda qoyduqda məhəbbət qapıları üzümə açıldı. Amma mənim nəzərimdə müvəffəqiyyət və məğlubiyyət tərifi bir ayrı cür idi. Bu tərifə görə mən istədiyimə çatmamışdım. İstəyirəm etiraf edim ki, işimə görə yaranmış yeni şəxsiyyətimdən razı deyiləm. Aktrisalıq mənim üçün məşhurluq, sevgi və sərvət gətirsə də məni azğınlığa sürüklədi. Məni yavaş-yavaş imanımdan uzaqlaşdırdı.

Zayira Vəsim vurğulayır: Mən bundan sonra təkcə Allahın lütfünə sığınacam. Mən təzə anlamışam ki, öz dinim barədə ilkin məlumatlarım belə zəifdir. Quran və Allahın Rəsulu (s) mənim bu qərara gəlməyimdə əsas amildir və mənim həyata baxışımı dəyişiblər.

Zayir Vəsim sosial şəbəkə vasitəsi ilə camaatdan istəyib ki, Allahı qəzəbləndirmək bahasına İlahi göstərişlərdən kənar çıxmasınlar və imanlarını zahiri uğurlara satmasınlar.

Məşhur aktrisa sözünü dindarlığın çətinliyinə işarə edən Peyğəmbər (s) hədisi ilə tamamlayıb: Elə bir zaman gələcək ki, yanar kömürü əldə saxlamaq dini qorumaqdan daha asan olacaq.    

http://iqna.ir/fa/news/3823495

captcha