IQNA

11:48 - September 13, 2019
Xəbər sayı: 3485811
İranın İslami Məzhəblər Universitetinin ümumi əlaqələr şöbəsinin verdiyi məlumata görə, bu universitetin rəisi Höccətul-İslam vəl-müslimin Məhəmməd Hüseyn Muxtari Pakistanda səfərdə olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İslami Məzhəblər Universitetinin ümumi əlaqələr şöbəsinin verdiyi məlumata görə, bu universitetin rəisi Höccətul-İslam vəl-müslimin Məhəmməd Hüseyn Muxtari Pakistanda səfərdə olub.

O, bu səfər çərçivəsində Pakistanın dini təhsil ocaqları, o cümlədən İslami Məzhəblər Kitabxanası ilə tanış olub.

Pakistanın İslami Məzhəblər Kitabxansında kəlam (əqidə), hədis, fiqh, üsul, təfsir və digər məzhəbi mövzulara aid 100 min kitab saxlanılır. Bundan əlavə kitabxanada İslami Məzhəblər mövzusunda müxtəlif ölkələrdə çap edilən ən son kitabları da əldə etmək olur.

Bu kitabxanada İran, Misr, Livan, Misr, İndoneziya və Suriyadan gətirilmiş qədim jurnallar və qədim əlyazma nüsxələr mövcuddur.

İran İslam Respublikasının İslami Məzhəblər Universitetinin rəisi Höccətul-İslam vəl-müslimin Məhəmməd Hüseyn Muxtari bu səfər zamanı həmin kitabxananın rəisi Əllamə Müfti Məhəmməd Səid ilə görüşüb və kitab sahəsində həmkarlıq etmələri barədə razılığa gəliblər.     

http://iqna.ir/fa/news/3841699

Ad:
E-poçt:
* Comment: