IQNA

23:48 - September 20, 2019
Xəbər sayı: 3485846
Malaziyada yaşayan şiələr bu ölkənin dövlət insan haqları komissiyasına hüquqlarının pozulması və onlara qarşı həyata keçirilən zorakılıq ilə bağlı şikayət ünvanlayıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyada yaşayan şiələr bu ölkənin dövlət insan haqları komissiyasına hüquqlarının pozulması ilə bağlı şikayət ünvanlayıblar.

Şiələr bu şikayətnamədə onlara qarşı həyata keçirilən məzhəbi zorakılıq, təzyiq və ayrıseçkiliyin ortadan qaldırılmasını tələb ediblər.

Onlar cari ilin Aşura günü şiələrə göstərilən təzyiqdən və bir qrup şiənin həbsə alınmasından sonra bu şikayəti ediblər.  

İnsan haqları komissiyasına məktub yazan şiələr bu komissiyanın bəzi məsulları ilə görüşərək şiələrə qarşı edilən haqsızlıq, hətta şiə olduqları üçün övladlarını məktəbə yazdıra bilməmələri və nikahlarının rəsmiyyətə alınmaması barədə danışıblar.

Qeyd edək ki, son aylarda Malaziyada şiələrə qarşı zorakılıq və ayrıseçkilik çoxalıb. Cümə namazı xətibləri şiələri azğın adlandırıblar. Məhərrəm ayında anti-şiə hərəkətlər qeydə alınıb və ölkə polisi əzadarlara hücum edib.

http://iqna.ir/fa/news/3843398/

Teqlər: malaziya ، şiə ، insan haqları ، iqna
Ad:
E-poçt:
* Comment: