IQNA

Əhli-Sünnə ruhanisi:

Peyğəmbər (s) və Əhli-Beyt (ə) insan hüquqlarının təsisçisidirlər

18:18 - September 25, 2019
Xəbər sayı: 3485877
İngiltərədə yaşayan Əhli-Sünnə ruhanisi və London Müsəlmanlar Şurasının üzvü Şeyx Məhəmməd Ömər ibn Ramazan İraqın Kərbəla şəhərində keçirilən "Səccadiyyə Tərtilləri" festivalına qatılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərədə yaşayan Əhli-Sünnə ruhanisi və London Müsəlmanlar Şurasının üzvü Şeyx Məhəmməd Ömər ibn Ramazan İraqın Kərbəla şəhərində keçirilən "Səccadiyyə Tərtilləri" festivalına qatılıb.

Festivalda çıxış edən Əhli-Sünnə alimi deyib: İnsan hüquqları və sosial ədalət prinsipləri qərb mədəniyyətinin töhfəsi deyil, insan hüquqlarının təsisçisi və sosial ədalətin öncülləri İslam Peyğəmbəri (s) və onun pak Əhli-Beytidir (ə).  

Şeyx Məhəmməd Ömər ibn Ramazan əlavə edib: İslam Peyğəmbəri (s) risalətinin başlanğıcında Məkkədə bir çox problemlərlə üzləşdi, amma yenə də ictimai fəsadları məhv edərək İslami dəyərləri Ərəbistanda yaydı. Peyğəmbərin (s) və Əhli-Beytinin (ə) səyləri dünyanın axarını dəyişdi.

O əlavə etdi: İslami insan hüquqlarının Əhli-Beytdən (ə) qalması barədə aşkar dəlillərdən biri də İmam Zeynul-Abidinin (ə) "hüquq risaləsi"dir. Hüquqlar barədə ən qədim və ən geniş qanun toplusudur və 50 əsas hüququ ehtiva edir.

Əhli-Sünnə ruhanisi vurğuladı: İnsanlar elə güman edirlər ki, insan hüquqlarının təsisçisi qərbdir. Amma bu yanlışdır, insanlar tarixi bilmədikləri üçün belə fikirləşirlər və bəziləri də utanırlar ki, desinlər insan haqlarının təsisçisi İslam dinidir.

London Müsəlmanlar Şurasının üzvü Şeyx Məhəmməd Ömər ibn Ramazan 1215-ci ildə İngiltərədə yazılan ilk qanun məcəlləsinə işarə edərək vurğuladı: Sonralar Amerikanın əsas qanunu olan bu mənşurda qaradərililər insan hüquqlarından məhrum edilmişdi. Bu qanunlar insan haqlarının himayədarı ola bilməz.

O vurğuladı: Hər hansı məktəb İmam Səccadın (s) hüquq risaləsini tədris proqramının əsasə qərar verərsə, insan haqları baxımından ən yaxşı göstərici və nəticəni əldə edəcəkdir.

Qeyd edək ki, "Səccadiyyə Tərtilləri" festivalı "İmam Səccadın (ə) hüquq risaləsində sosial ədalət" devizi ilə Sentyabr ayının 22-də Kərbəlada öz işinə başlayıb. Bu festivalda dünyanın bir çox ölkələrindən, o cümlədən Almaniya, İngiltərə, Fransa, İrlandiya, Gürcüstan, Hindistan, Türkiyə, Malaziya, Mərakeş, Liviya, Tunis, Əlcəzayir və Livandan müxtəlif dinlərin və məzhəblərin nümayəndələri iştirak edirlər.   

http://iqna.ir/fa/news/3844792

captcha