IQNA

Ayətullah Sistaniyə qarşı hazırlanmış terrorun qarşısı alındı

6:27 - October 05, 2019
Xəbər sayı: 3485916
Müsəlmanların təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əli Sistaniyə qarşı terror törətmək istəyən şəxslər Nəcəfin qədim bölgəsində həbs olunub. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müsəlmanların təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əli Sistaniyə qarşı terror törətmək istəyən şəxslər Nəcəfin qədim bölgəsində həbs olunub. 

Bu barədə Nəcəf əyalətinin qubernatoru Lui Əlyasiri məlumat verib. O deyib: Nəcəf şəhərinə nüfuz etmiş terrorçu qrupun Ayətullah Sistanini terror etmək planı təhlükəsizlik qüvvələrinin çevik əməliyyatı nəticəsində nakam qalıb.  

Məlumatda həmin şəxslərin neçə nəfər olduğu açıqlanmayıb, lakin keçirilən əməliyyatlar zamanı qruplaşmanın bütün üzvləri ələ keçirildiyi deyilir. 

http://iqna.ir/fa/news/3847139

captcha